Accessibility links

Bencamin Franklin təqaüdçüsü Əbülfəz Hacızadə:"Bu, mənim həyatımda ən böyük uğurumdur" (audio)


Wake Forest University

Wake Forest University

ABŞ-ın xarici ölkələrdəki səfirlikləri 2011-ci il Benjamin Franklin Transatlantik Yay Təqaüdçü proqramında iştirak etmək üçün 50 ölkədə inşa müsabiqəsi keçirib. Bu müsabiqənin qalibləri dörd həftəlik proqramda iştirak etmək üçün Birləşmiş Ştatlara səfər ediblər. Onlar Şimali Karolina ştatının Vinston-Salema şəhərində yerləşən Wake Forest universitetində keçirilən proqramda ümumi maraqlar, liderlik və mətbuatın tədrisi, ictimai xidmətlərə dair müzakirələrdə iştirak ediblər.

Müsahibim proqramda iştirak edən Lənkaran Türk Liseyinin tələbəsi Əbülfəz Hacızadədir.

Sual: Amerikaya səfəriniz, iştirak etdiyiniz proqramın məqsədi nədən ibarətdir və bu proqramda iştirak etmək üçün hansı mərhələlərdən keçdiniz?

Əbülfəz Hacızadə: Əvvəlcə mən Azərbaycanda üç turda imtahan verdim. Birinci turda Amerika mərkəzindən inşa göndərdilər. İnşanı yazdım və seçildim. Daha sonra Lənkaranda dörd nəfər arasında müsahibə keçirildi. Onlar arasında mən də daxil olmaqla üç nəfər seçildi. Ondan sonra növbəti müsabiqədə iştirak etmək üçün biz Bakıya getdik. Bu müsabiqədə dörd nəfər arasında bir nəfər seçilməli idi və o bir nəfər mən oldum.

Sonra mən Amerikaya gəldim. Burada başqa xarici tələbələrlə bərabər Şimali Karolinanın Vinston-Salem şəhərində Wake Forest universitetinə gəldik. Biz orada gün ərzində iki dəfə fərqli dərslər, seminarlarda iştirak edirik. Seminarlarda dünyanın 50 ölkəsindən gələn tələbələrlə təmasda oluruq və çox maraqlı keçir.

Bencamin Franklin təqaüdçüsü Əbülfəz Hacızadə:"Bu, mənim həyatımda ən böyük uğurumdur" (audio)

Bencamin Franklin təqaüdçüsü Əbülfəz Hacızadə:"Bu, mənim həyatımda ən böyük uğurumdur" (audio)

Sual: Amerika təəssuratlarınız haqda nə deyə bilərsiniz?

Cavab: Amerikaya gəldiyimiz zaman Şimali Karolina ştatını gəzdik. Wake Forest universiteti çox böyük bir universitetdir. Universitetlə tanış olduq. Bu səyahət mənim üçün çox maraqlı oldu ona görəm ki, mən ilk dəfə idi Azərbaycandan kənara çıxmışam. Sonra biz Filadelfiyada üç gün qaldıq, orada şəhəri gəzdik, muzeylərə getdik. Mənim üçün tamamilə yeni yerlrdə oldum və bu fərqlilik mənim həyatıma çox təsir etdi. Bu, mənim həyatda ilk uğurlarımdan biridir.

Sual: Bu proqramda öyrəndiklərinizdən Azərbaycanda necə istifadə edəcəksiniz?

Cavab: Burada 50 fərqli ölkədən nümayəndə iştirak edir. Biz öz milli ənənələrimizi biri- birimizlə bölüşəndə ziddiyyətli məqamlar yaranır, bu da çox maraqlıdır və mən bu iştirakçıların hər birinin mədəniyyətindən maraqlı cəhətləri öyrənib Azərbaycandakı dostlarımla bölüşəcəm.

XS
SM
MD
LG