Accessibility links

Təhlil: Qafqazda İslam radikalizmi


Təhlil: Qafqazda İslam radikalizmi
Təhlil: Qafqazda İslam radikalizmi

Rusiyada məscidlərin azlığı ölkə rəhbərliyinin gənc nəsli radikalizmdən çəkindirmək səylərinə əngəl törədib.

O, vaxtikən Monqolustanla sərhəddə Rusiyanın kiçik bir şəhərində yaşayan ağıllı amma tənha bir oğlan uşağı idi. Ötən həftə qətlə yetiriləndə isə artıq Aleksandr Tixomirov İslamçı qiyamın simvoluna çevrilmişdi.

Washington Post qəzetinin yazdığına görə ötən həftə Moskva metrosunda hücumlar həyata keçirən iki intiharçı qadını da işə məhz Aleskandr Tixomirov cəlb etmişdi. Bir vaxtlar qonşuların Saşa kimi tanıdığı Aleksandrın atası milliyətcə Buryat idi. Uşaq yaşlarında atasını itirən Aleksandr rus anası tərəfindən çətinliklə boya başa çatdırıldı.

Sonradan Tixomirov məktəb yaşlarında Quranla tanış oldu və ərəb dilini öyrənməyə başladı. Özbəkistanda imam Bəxtiyar Umarovla əlaqə saxlayan Tixomirov ruhaninin təsiri altına düşdü. Bundan sonra gün-gündən İslama artan etiqadı onu Misrə, Moskvaya və nəhayət Şimali Qafqaza gətirib çıxardı.

Rusiyada məscidlərin azlığı ölkə rəhbərləyinin gənc nəsli radikalizmdən çəkindirmək səylərinə əngəl törədib. 3 milyon müsəlmanın yaşadığı Moskvada cəmi 6 məscid fəaliyyət göstərir. Belə bir mühitdə Tixomirovun tənqidi fikirləri gənc nəsil arasında sürətlə yayılmağa başladı. İş o həddə çatdı ki, artıq Tixomirovun bir çox davamçıları onu loyal mövqe tutmaqda günahlandırır və sözlərini əməldə sübut etməyə çağırırdılar. 2008-ci ilin yazında Tixomirov radikalizmə doğru həlledici addım atdı. Qarışıq etnik mənsubiyyəti Rusiya daxilində onu beynəlxalq cihad hərəkatının mühüm fiquruna çevirdi. Martın 2-də təhlükəsizlik qüvvələri onu və döyüşçülərini İnquşetiyadakı bir kənddə mühasirəyə alanda o, mobil telefonunda sonuncu moizəsini videoya almışdı.

Şimali Qafqazda radikal İslamın vüsət alması Azərbaycanda da ciddi narahatlıqlara yol açıb. Azərbaycanın media orqanlarından daxil olan məlumata əsasən Milli Təhlükəsizlik Nazirliyi ölkənin şimalında və Gürcüstanla sərhəddəki Balakənd vilayətində xüsusi əməliyyata başlayıblar. Bəs Azərbaycanda radikal İslam təhlükəsi nə dərəcədə realdır?

Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, belə bir təhlükə hazırda real deyil. Lakin Azərbaycan hökumətinin apardığı siyasət bu təhlükəni nə vaxtsa reallığa çevirə bilər. Belə ki, Azərbaycanda siyasi azadlıqların kəskin şəkildə məhdudlaşdırılması, siyasi debat məkanının məhv edilməsi, azad düşüncəyə qarşı tətbiq edilən çox sayda qadağalar və basqılar insanların radikal cərəyanlara meyllərini gücləndirir. İrticaya qarşı mübarizə apara bilən yeganə qüvvə kimi meydanda yalnız ekstremistlər qalır. Cənab Oruclunun sözlərinə görə Azərbaycan hökuməti düşünür ki, Azırbaycanda dini radikalizmi dünya ictimaiyyəti qarşısında önə çəkməklə öz hakimiyyətinin legitimliynə haqq qazandırmış olur. Azərbaycanın şimal bölgələrində keçirilən əməliyyatları isə Ərəstun Oruclu Rusiya ilə əlaqələndirilmiş ölçü ola bildiyini ehtimal edir. O, habelə istisna etmir ki, Azərbaycan rəhbərliyi İslam ekstremizminin ölkə hüdudlarına yayılmasının qarşısını almaq üçün ciddi səylər göstərir.

XS
SM
MD
LG