Accessibility links

Təhlil: Türkiyə və Yaponiya 21-ci əsrdə paralel addımlayır


Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan Yaponiya Nümayəndələr Palatasının spikeri Takahiro Yokomiçi ilə görüşür
Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan Yaponiya Nümayəndələr Palatasının spikeri Takahiro Yokomiçi ilə görüşür

1960-cı illərdə amerikalı siyasətşünaslar Türkiyə və Yaponiyadakı siyasi modernləşməyə ciddi diqqət yetirirdilər. İnanılırdı ki, biri çoxmillətli imperiya, o birisi isə təcrid olunmuş feodal adalar qrupundan ibarət ölkələrin müasir eraya uyğunlaşma prosesi Asiyada başqa cəmiyyətlər üçün nümunəvi xarakter daşıyır.

Amerika Sahibkarlıq İnstitutunun Yaponiya araşdırmaları mərkəzinin direktoru Maykl Austin Asiyanın iki ən mühüm cəmiyyətləri adlandırdığı Türkiyə və Yaponiyanın 21-ci əsrdəki kurslarını təhlil edir. Müəllifin fikrincə bu iki ölkədə baş verəcək inkişaflar Asiyada demokratikləşmə layihəsinin gələcəyini müəyyən edəcək.

1960-cı illərdə amerikalı siyasətşünaslar Türkiyə və Yaponiyadakı siyasi modernləşməyə ciddi diqqət yetirirdilər. İnanılırdı ki, biri çoxmillətli imperiya, o birisi isə təcrid olunmuş feodal adalar qrupundan ibarət ölkələrin müasir eraya uyğunlaşma prosesi Asiyada başqa cəmiyyətlər üçün nümunəvi xarakter daşıyır. Bu ay Türkiyə və Yaponiyada vətəndaşlar səsvermə məntəqələrində növbəti hökumətin tərkibini müəyyən edəcəklər. Bəs onların seçimi bu ölkələrin və ümumilikdə Asiya qitəsinin taleyi üçün nə vəd edir?

Mühafizəkar təmayüllü Milli İcmal məcmuəsində məqalə ilə çıxış edən Maykı Austinin yazdığına görə Türkiyədə seçicilər baş nazir Rəcəb Təyyib Ərdoğanın təklif etdiyi konstitutsiya dəyişiklikərini böyük səs çoxluğu ilə təsdiq etdilər. İlk baxışdan bu dəyişikliklər Türkiyədə vətəndaş hüquqlarının güclənməsinə və siyasi prosesin müstəqil olmasına xidmət edir. Lakin İslam təmayüllü Ədalət və İnkişaf Partiyasının əleyhdarları cənab Ərdoğanın demokratik vasitələrdən istifadə edərək Mustafa Kamal Atatürkün qurduğu respublikanın sütunlarına zərbə endirdiyini iddia edir. “Türk cəmiyyətini izləyənlər cənab Ərdoğanın son 8 il ərzində hərbçiləri sıxışdırma cəhdləri, iddia edilən çevriliş qəsdçilərinin məhkəməyə çıxarılması və rejimi tənqid edən media mənsublarına qarşı təqiblərdən həyəcan təbili çalırlar.” Bununla bərabər BMT-də İrana qarşı sanksiyalarla bağlı səsvermədə Tehrana dəstək verən Ankara ilə Vaşinqton arasındakı münasibətlər də gərginləşib. Türk diplomatlar israr edirlər ki, Türkiyənin İsrail və ümumilikdə Qərblə soyuqlaşan münasibətləri NATO-nun ikinci ən iri hərbi qüdrətinin liberlizmdən üz döndərməsinə dəlalət etmir.

Asiyanın o biri tayında Yaponiyanın hakim Demokrat partiyası daxildə təlatümlə üzləşir. Demokrat partiyasının gələcək üçün aydın siyasi kurs müəyyən edəcəyi sual altında qalır. İqtisadi problemlər içində üzən Yaponiyanın Çinlə münasibətlərində də dərin böhran əmələ gəlib. Ümid edilir ki, 21-ci əsrin ikinci onilliyi “itirilmiş onilliklər” sırasına daxil olmayacaq.

Türkiyədə dinamik liderin cidd-cəhdlə sonucu bəlli omayan islahatlara baş vurdğunu, Yaponiyada isə qeyri-xarizmatik bürokratların iqtisadi sıçrayışa cəhd etdiyini vurğulayan Maykl Austin bu ölkələrdə yaşayan demokratik dramanın dünyada liberalizm cərəyanı üçün mühüm əıhəmiyyət kəsb etdiyini qeyd edir. Ələlxüsus Çin və Rusiya kimi avtoritar rejimlərin baş qaldırdığı bir məqamda bu iki ölkənin götürəcəyi istiqamət narahatlıq doğurur. Türkiyənin Avropa Birliyinə üzvlük cəhdlərinin iflasa uğraması, Yaponiyanın Çindən geri düşməsi respublikaçı üsuli-idarənin effektivliyi barədə suallar qaldırıb. “Nəticədə 1940-cı illərdən bəri beynəlxalq inkişafa stimul vermiş dünya düzəni və öz sistemlərinə olan təhlükəni dəf etmək üçün demokratik millətlərin məhz bir araya gəlməli olduları məqamda demokratiya ilə bağlı skeptisizm meydana çıxıb.”

Müəllif etiraf edir ki, liberalizmin qlobal reputasiyasını təkcə Yaponiya və Türkiyə ilə əlaqələndirmək ədalətdən uzaq olardı. “Lakin Yaponiya və Türkiyə heç zaman adi millətlər olmayıb,” deyə cənab Austin bildirir. “Həmin amerikalı politoloqların yarım əsr öncə anladıqları kimi, hər iki ölkə regional və qlobal miqyasda böyük nüfuza malikdirlər.” Bu dövlətlər vaxtilə Amerikanın rəhbərlik etdiyi qlobal təhlükəsizlik alyansının bünövrəsini təşkil ediblər. Bosfor və Yapon dənizində əsən küləklər bütün dünya boyu demokratlar və liberalizmin tərəfdarları tərəfindən yaxından izlənilir. Bu arada isə hər iki ölkədə vətəndaşlar seçdikləri liderlərin fəaliyyətlərinin nəticələrini gözləyirlər. “Yaponiya və Türkiyə 20-ci əsrin formalaşmasında mühüm rol oynayıblar, və ola bilsin ki, 21-ci əsrdə də onlar bu rolun icrasını davam etdirsinlər,” deyə Maykl Austin məqaləsini bitirir.

Mövzuya uyğun

XS
SM
MD
LG