Accessibility links

Təhlil: Türkiyənin Kipr gileyi

  • Dorian Jones

Təhlil: Türkiyənin Kipr gileyi

Təhlil: Türkiyənin Kipr gileyi

Türkiyə baş naziri xəbərdarlıq edib ki, əgər parçalanmış Kiprin birləşməsinə dair qərar qəbul edilmədən bu ölkə Avropa İttifaqının prezidentliyinə keçsə, ittifaqla münasibətlər tamamilə dondurulacaq. Bir çoxları bu addımı İstanbulun Avropa İttifaqı və Kiprə qarşı yürütdüyü sərt kursla izah edirlər.

Rəcəb Təyyib Ərdoğan Türkiyənin adaya müdaxiləsinin 37-ci ildönümündə Şimali Kiprə səfəri zamanı fürsətdən istifadə edərək mövqeyini kəskinləşdirib.

BMT-nin davamlı səylərinə baxmayaraq 1974-cü il müharibəsindən bəri Kipr bölünmüş ada olaraq qalır. Mərasim iştirakçılarına müraciət edən cənab Ərdoğan vaxtın daraldığını bildirib.

“Hamı bilməlidir ki, Kiprlə bağlı imkanlar həmişə açıq qalmayacaq. Bütün ədalətsizliklərə abxmayraq Şimali Kipr Türk tərəfi sülh və həll yolu arayır. Bu, artıq dözülməzdir,” deyə baş nazir bildirib.

Rəcəb Təyyib Ərdoğan həmçinin bildirib ki, Ankara 2004-cü il BMT-nin sponsorluğu altındakı planla bağlı bütün güzəştləri geri götürəcək. Həmin razılığın şərtlərinə əsasən Kipr türkləri birləşməyə səs vermişdilər. Yunanlar isə bu təklifin əleyhinə çıxdılar.

Müşahidəçilər BMT-nin əldə etdiyi güzəşt planının tədricən sıradan çıxdığını deyirlər. Ankaranın Bilkent Universitetində çalışan İoannis Qriqoriadis deyir ki, cənab Ərdoğanın bəyanatı Kipr yunanları arasında hiddət və şokla qarşılanıb.

“Bu son bəyanatlar ada üzərində danışıqlar prosesini dirçəltməyə xidmət göstərməyəcək. Kiprdə ümid var idi ki, seçkilərdən sonra cənab Ərdoğan daha mötədil mövqe sərgiləcəyək,” deyə cənab Qriqoriadis bildirir.

Avropa Parlamentində sosialist blokun təmsilçisi Richard Howitt xəbərdarlıq edir ki, bu növ hədələr Ankara üçün qeyri-məhsuldar ola bilər. Onun sözlərinə görə, Avropada elə qüvvələr var ki, onlar Ərdoğanın addımlarından sui istifadə edərək Türkiyənin Avropa İttifaqından uzaqlaşdırılmasına nail ola bilərlər.

Türkiyə rəsmən 2005-ci ildə Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlayıb. Kiprdən əlavə, Almaniya və Fransanın etirazları Türkiyənin üzvlük prosesini demək olar ki, dayandırıb. Lakin yüksək sürətlə inkişaf edən iqtisadiyyata malik Türkiyə regional qüdrətə çevrildikcə, Avropa İttifaqından gələn hədələrin çəkisi azalır.

XS
SM
MD
LG