Accessibility links

Təhlil: Türkiyənin xarici siyasət üfüqləri genişlənir


Tarixən Osmanlı İmperiyasının Afrika ilə sıx təmasları olub. Misir, Liviya, Əlcəzair və Sudanın müəyyən hissəsi bir vaxtlar Osmanlı türkləri tərəfindən idarə olunub. Lakin 1923-cü ildə cümhuriyyətin qurulması ilə tərəflər arasında əlaqələr kəsildi.

BMT-nin sponsorluğu ilə Türkiyə Somalidəki münaqişə, piratlıq və dərinləşən humanitar böhrana dair üç günlük konfransa ev sahibliyi edir. Amerikanın Səsinin müxbiri Dorian Counsun İstanbuldan göndərdiyi reportajda Türkiyənin son tədbiri bu ölkənin beynəlxalq miqyasda nüfuzunu genişləndirmək səylərinin tərkib hissəsi kimi təhlil edilir.

Müharibənin viran qoyduğu Somaliyə dair Türkiyədə keçirilən konfrans son 20 ildə ən iri beynəlxalq toplantılardan biridir. Tədbirdə Afrikanın müxtəlif ölkələrindən gəlmiş siyasi liderlər, biznesmenlər və diplomatlarla yanaşı BMT-nin baş katibi Ban Ki Mun da iştirak edir. Ümid olunur ki, yeni təşəbbüslər Somalidə dayanıqlı cəmiyyətin formalaşmasına şərait yaradacaq.

Burak Özgergin Türkiyə xarici işlər nazirliyinin sözçüsüdür.

"Biz ümid bəsləyirik ki, Somalinin spesifik ehtiyaclarını müzakirə etməklə bu ölkədə sülhə və sabitliyiə töhfə verə biləcəyik. 21-ci əsrdə beynəxalq ictimaiyyətin məsuliyyətli üzvləri Somalini diqqətdən kənarda qoya bilməzlər," deyə o, bildirir.

Ötən il Türkiyə Somali sahillərində piratlığa qarşı mübarizə aparmaq üçün 5 patrul gəmisi ayırmışdı.

Konfransda piratlıq problemi müzakirə olunsa da Özgərgin sammitin arxasında ciddi məsələlərin dayandığını önə çəkir: "Bu, bizim Afrikya dair irimiqyaslı siyasi təşəbbüslərimizin tərkib hissəsidir. Biz bu qitədə üfüqlərimizi genişləndirməyə qərar vermişik. Biz bu yaxınlarda Afrikada beş səfirlik açımışıq. Və qarşıdan gələn ildə də iki yeni səfirlik açmağı planlaşdırırıq."

Tarixən Osmanlı İmperiyasının Afrika ilə sıx təmasları olub. Misir, Liviya, Əlcəzair və Sudanın müəyyən hissəsi bir vaxtlar Osmanlı türkləri tərəfindən idarə olunub. Lakin 1923-cü ildə cümhuriyyətin qurulması ilə tərəflər arasında əlaqələr kəsildi.

Türkiyə xarici işlər nazirliyi vurğulayır ki, Afrika ilə münasibətlər neo-kolonializm deyil, əməkdaşlıq əsasında qurulur.

Türkiyənin Afrika təşəbbüsü hakim Ədalət və İnkişaf Partiyası 2005-ci ili "Afrika ili" elan etməsi ilə başladı. Afrikada türk investisiyalarının çoxalması hökumət və biznes siyasətinin bir araya gəlməsini əks etdirir.

Ötən ilin oktyabrında Türkiyənin ən iri bankı olan Asiya Bank İslam Əməkdalıq İnkişafı ilə müştərək Afrika bazarına daxil oldu. Türkiyə sənayeçisi və ölkənin biznes konfederasiyasının sabiq rəhbəri Ömər Bollat deyir ki, Afrika Türkiyə biznesinin Avropa bazarlarından asılılığını azaltmaq səylərinə daxildir: "İndiki hökumətin rəhbərliyi altında türk iqtisadiyyatı Yaxın Şərq, Körfəz ölkələri və Afrikaya açılıb. Türk iqtisadiyyatı öz xidmətlərində və bazarlarında diversifikasiya aparır ki, təkcə Avropa bazarlarından asılı olmasın."

Qlobal iqtisadi böhran üzündən Avropa bazarlarının durğunluq keçirməsi fonunda müşahidəçilər bunun ağıllı addım olduğunu deyirlər.

Ankara bildirir ki, Afrika ilə yeni təmas siyasəti bu ölkənin qüdrətli regional fiqura çevrilməsinin bir nümunəsidir. Artan ticarət isə Türkiyənin Avropa üçün dəyərini yalnız artıra bilər.

XS
SM
MD
LG