Accessibility links

Şimalı Qafqazda təhlükəsizlik əməliyyatları zamanı bir neçə nəfər öldürüldü


Şimalı Qafqazda təhlükəsizlik əməliyyatları zamanı bir neçə nəfər öldürüldü
Şimalı Qafqazda təhlükəsizlik əməliyyatları zamanı bir neçə nəfər öldürüldü

Rusiya Federal Təhlükəsizlik Xidməti martın 29-da Moskva metrosundakı partlayışla əlaqəli Cənibi Qafqazda təhlükəsizlik əməliyyatları keçirib

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəisi deyir ki, martın 29-da Moskva metrosundakı partlayışla əlaqəli təhlükəsizlik əməliyyatları zamanı Şimalı Qafqazda bir neçə nəfər öldürülüb.

Keçmiş Sovet məkanındakı KQB –nin xələfi sayılan FSB-nin rəisi Aleksandr Bortnikov deyib ki, qətl çərşənbə axşamı Dağıstanda baş verib. Bortnikov təfərrüatlara varmayıb. Lakin Dağıstandan verilən xəbər cənab Bortnikovun çərşənbə axşamı cənub regionunun paytaxtı Mahaçqalada baş verən atışmaya istinad edib. Yerli rəsmilər bildirib ki, bir polis və yerli sakin atışma zamanı öldürülüb. Xəbərə dair məlumatlarda Bortnikov müxbirlərə deyib ki, keçmiş Sovet məkanı boyu ərazilərdə terroristlər nüvə materialları həmçinin bioloji və kimyəvi silahları əldə etməyin yollarını axtarır. Bortnikov Yekaterinburqda keçirilən region boyu təhlükəsizlik konfransında nə ətraflı məlumat verib, nə də bu materialları əldə etmək istəyən qrupların adlarını çəkib.

XS
SM
MD
LG