Accessibility links

Təhlükəsizlik qüvvələri Kabildə intiharçı olduğu ehtimal edilən bir nəfəri öldürüb

  • Amerikanın səsi

Təhlükəsizlik qüvvələri Kabildə intiharçı olduğu ehtimal edilən bir nəfəri öldürüb

Təhlükəsizlik qüvvələri Kabildə intiharçı olduğu ehtimal edilən bir nəfəri öldürüb

Əfqan rəsmiləri bildirib ki, təhlükəsizlik qüvvələri Kabildə bu həftə qəbilə ağsaqqallarının görüşəcəkləri yerin yaxınlığında intiharçı olduğu ehtimal edilən bir nəfəri öldürüb, iki nəfər isə saxlanılıb. Rəsmilər bu gün güllələnərək öldürülən şəxsin partlayıcı qurğularla dolu bağlama apardığını bildirib. Əfqanıstandakı Taliban bazar günü ABŞ-la gələcək əlaqələrə dair qərar veriləcəyi gözlənilən ağsaqqallar şurasının təhlükəsizliyinə dair planını ələ keçirdiyini bildirib. Əfqan rəsmiləri Talibanın veb səhifəsində dərc edilən sənədin saxta olduğunu bildirərək onu rədd edib. Onlar deyib ki, bu, görüşdə iştirak edənləri hədələmək məqsədilə edilir.

XS
SM
MD
LG