Accessibility links

Tomas Qolts: Boston olayı ABŞ-da çeçenlər və müsəlmanlar haqda mənfi imic yaradır [Video]


Tomas Qoltz Boston olaylarını şərh edir
please wait

No media source currently available

0:00 0:08:12 0:00

Qafqaz üzrə tanınmış ekspert Boston marafonu zamanı bomba hücumlarının arxasında duran motivləri təhlil edir

Qafqaz bölgəsi üzrə tanınmış amerikalı ekspert, “Çeçenistan gündəliyi” kitabının müəllifi, Montana universitetinin prfessoru Tomas Qolts Bostonda marafon zamanı bomba hücumlarının arxasında duran motivləri Amerikanın Səsinə şərh edib. Azərbaycan xidmətinə müsahibədə Tomas Qolts Boston olayından sonra Amerika cəmiyyətində qafqazlılar və müsəlmanlar haqqında mənfi imic yarana biləcəyini deyib.

Tomas Qolts çeçen separatçılarının Bostonda baş vermiş bomba partlayışları ilə əlaqəsi olmadığını hesab edir. O, Qafqaz Əmirliyi təşkilatının başçısı Doku Umarovun cihadçıların səhifəsində yerləşdirdiyi bəyanata toxunaraq, onların bu işdə əli olmadığını düşündüyünü deyib. Onun fikrincə, Tsarnayev qardaşları təkbaşına hərəkət edib və onların Şimali Qafqazda yaraqlılarla əlaqəsi yoxdur. “Belə görünür, onlar təkbaşına hərəkət edirdi. Bu haqda müxtəlif fərziyyələr var, onlar təkbaşına, “yalquzaq” kimi hərəkət edib, heç kəs onlara heç nə diktə etməyib”-deyə Tomas Qolts Amerikanın Səsinə bildirib.

Tamerlan Tsarnayevin radikal görüşlərinin formalaşmasında onun 2012-ci ildə Dağıstana səfərinin nə dəəcədə rol oynadığı ilə bağlı sualın cavında ekspert bunu fərziyyələrdən biri adlandırıb. O, tələsik nəticələrin çıxarılmamasına dair xəbərdarlıq edərək, onların dəqiq olmaya biləcəyini deyib.

Qoltsun fikrincə, Bostonda bomba hücumları ilə bağlı ABŞ və Rusiya kəşfiyyat xidmətləri arasında Tsarnayevin islamçılarla mümkün əlaqələrinə dair məlumatların bölüşdürülməsi və Federal Təhqiqat Bürosunun Rusiyanın xəbərdarlıqlarına reaksiyası kimi müxtəlif cəhətlərin hələ də aydın olmayaraq qalır.

“Cövhər adı çeçenlər arasında bir o qədər yayılmayıb. Bu ad əsasən prezidentə pərəstiş edən insanlara arasında yayılmağa başlayıb. Cövhər müsəlman adı deyil. Tsarnayevlər o vaxt Cövhər adını seçiblər.
Tomas Qolts Tsarneyevlər ailəsində dini görüşlərin belə görünür əvvəldə güclü olmadığı haqda fikir yürüdüb. O öz fikrini əsaslandırmaq üçün Boston olayında şübhəli bilinən qardaşların kiçiyinin adının Cövhər olmasına diqqəti çəkib. Onun sözlərinə görə, Tsarnayevlər kiçik oğullarına “İçkeriya prezidenti” Cövhər Dudayevin şərəfinə bu adı veriblər. “Cövhər adı çeçenlər arasında bir o qədər yayılmayıb. Bu ad əsasən prezidentə pərəstiş edən insanlara arasında yayılmağa başlayıb. Cövhər müsəlman adı deyil. Tsarnayevlər o vaxt Cövhər adını seçiblər. Yəqin 19 yaşlı bu gəncin həyatında ailədə nəsə baş verib. Onun dəyişməsinə gətirib çıxaran nə isə baş verib”-deyə ekspert bildirib.

Tomas Qolts Bostonda bomba partlayışlarının Amerikada çeçenlər və müsəlmanlara münasibətin dəyişməsinə gətirib çıxara biləcəyi ilə bağlı sualın cavabında amerikalıların din, tarix və coğrafiya sahələrində bilik səviyyəsinin aşağı olduğunu təəssüflə qeyd edib. “Amerikalıların çoxu qlobal hadisələrə və Boston olayına cəhalət prizmasından baxır və bu, mənim ürəyimi ağrıdır. Mən universitetdə dərs deyirəm və bunu dəyişməyə çalışıram. Bunu başa düşərək, Bostonda partlayışlarında sonra ilk növbədə çeçenlər, daha geniş mənada qafqazlılar və bundan daha da geniş mənada müsəlmanlara mənfi və hətta irqçi münasibətin ola biləcəyini gözləmək olar”-deyə Tomas Qolts müsahibədə bildirib.

Professor Qoltsla müsahibə ingilis və Azərbaycan dillərində keçirilib. Müsahibənin Azərbaycan dilində keçirilmiş hissəsini təqdim edirik.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG