Accessibility links

`Three Mile Island`-da 32 il əvvəl nüvə qəzası baş verdi (video)


`Three Mile Island`-da 32 il əvvəl nüvə qəzası baş verdi (video)

`Three Mile Island`-da 32 il əvvəl nüvə qəzası baş verdi (video)

Növbəti gün isə Dik Tornburq, hamilə qadınların və az yaşlı uşaqların evakuasiya olunmalarını məsləhət gördü

ABŞ-da bundan 32 il əvvəl martın 28-də ölkə tarixində ən ağır nüvə qəzası baş verdi. Pensilvaniyanın mərkəzində yerləşən `Three Mile Island` nüvə elektrik stansiyasının reaktoru az qala ərimə problemi ilə üzləşdi. `Three Mile Island`-da baş verən hadisə Ukraynada Çernobl və ya Yaponiyada Fukuşima faciələri səviyyəsində olmasada on minlərlə insanın radiasiya təhlükəsi ilə üz üzə qaldığı bu qəzanın nəticəsində ölkədə nüvə enerjisinin inkişafı 30 il ləngidi.

Pensilvaniyada Middletown dağlarının arxasında duman arxasında qorxunc mənzərə yüksəlir. Dörd nüvə soyudan qüllə, və Birləşmiş Ştatlar tarixində ən dəhşətli nüvə qəzası yaradan reaktor. `Three Mile Island`-da iki nömrəli reaktor.

Rozili Teylor Middletown-da radiasiyanın zavoddan kənara yayılması barədə xəbər tutan dövrdə iki oğlan böyüdürdü. Təhlükəsizlik rəsmiləri sakinlərə evlərində qalmağı bildirdilər.

Rozili Teylor: `Bütün qapıları və pəncərələri bağlayaraq evdə oturursan və nüvə materialının istidən əriyib əriməyəcəyini fikirləşirsən.`

O zamanki qubernator Dik Tornburq reaktorun yaxınlığındaki əhalinin köçürülməsi təklifinə əvvəlcə qəbul etməsə də sonradan təklifə razılığını bildirdi.

Növbəti gün isə o, hamilə qadınların və az yaşlı uşaqların evakuasiya olunmalarını məsləhət gördü. Dik Tornburq 32 il sonra bunları söyləyir.

Dik Tornburq: `Biz yalnız zərruri olan halda evakuasiyanı həyata keçirmək istəyirdik, və biz evakuasiyanın zəruri olub olmadığını yoxlamaq üçün hər an əldə olunan məlumatları dəyərləndirirdik.`

`Three Mile Island`-da 32 il əvvəl nüvə qəzası baş verdi (video)

`Three Mile Island`-da 32 il əvvəl nüvə qəzası baş verdi (video)

120 000-dən çox insan evakuasiya olunudu. Rozili Teylor deyir ki, evimizə qayıdıb qayıtmayacağımızı bilməməyimiz qəribə bir hissiyat idi. Mənə zəruri olan bir neçə əşyanı özümlə götürməliydim. O əşyalradan ikisi bayaq gördüyünüz oğlanlarımın şəkilləri olan albomlar və doğum şəhadətnamələridir.

Cihazlar heç bir radiasiya yayıldığını göstərmirdi. Hadisədən dörd gün sonra prezident Cimi Karter stansiyaya səfər etdi.

Dik Tornburq: `Məncə insanlar fikirləşirdilər ki, əgər stansiya prezident və qubernatorun gəzintisi üçün təhlükəsizdirsə deməli vəziyyət təhlükəsizdir.`

İki gün sonra isə hər şey sona çatdı. Radiasiyanın əksər hissəsi sızmadı. İllər sonrası alimlər tıxanmış qapağın reaktorunun kökündən soyudan suyun qurumasına səbəb olduğunu müəyyən etdilər.

`Three Mile Island` hadisəsindən sonra Birləşmiş Ştatlarda nüvə enerjisindən gələcəkdə də istifadə olunması barədə fəaliyyətlər demək olar tam dayandırıldı. Hətda ABŞ-ın başlıca mülki nüvə agentliyi olan Nüvə Nizamlama komissiyası bundan otus il sonraya qədər yeni nüvə elektrik stansiyalarının tikilməsi barədə təklif və layihələri heç nəzərdən də keçirmədi.

`Three Mile Island`-da gəldikdə birinci reaktor hələdə fəaliyyət göstrərir ancaq qəzanın baş verdiyi ikinci reaktor daimi olaraq bağlanıb.

XS
SM
MD
LG