Accessibility links

Tiananmen Meydanındakı etiraz aksiyası liderlərindən biri həbs edilib


Vuer Kaiksi 1989-cu il iyun ayının 4-də Tiananmen Meydanından qaça bilmişdi

1989-cu ildə Tiananmen Meydanında demokratiyayönümlü etiraz aksiyasının liderlərindən birinin zorakılıqlarla nəticələnən aksiyanın 21 –ci ildönümünü qeyd etməyə təşəbbüs göstədiyi zaman Tokiodakı Çin səfirliyində həbs edildiyi xəbər verilir. Yaponiya mediası Vuer Kaiksinin səfirliyin hasarından binaya daxil olmağa çalışarkən Yaponiya polisi tərəfindən bu gün nəzarət altına alındığını bildirib. Vuer Kaiksi 1989-cu il iyun ayının 4-də Çin hökumətinin etirazçılara qarşı tanklar və hərbi qüvvələrlə qanlı divan tutduğu vaxt Tiananmen Meydanından qaça bilmişdi. 1989-cu ildə hökumətin etirazçılara qarşı həyata keçirdiyi zorakılıqlar zamanı yüzlərlə bəlkə də minlərlə insanın qətlə yetirildiyi deyilir.

XS
SM
MD
LG