Accessibility links


Yeni göz müalicə növü minlərlə insanın görmə qabiliyyətini yaxşılaşdıra bilər. Bu yönümdə yeni kəşflər və ixtiralar baş verib.
Xəstəlik göz bəbəyində damara təsir edərək oradakı mərkəzi damarın tutulmasına, bunun nəticəsində isə korluğa gətirib çıxarır. Bu günədək bunun qarşısını ala biləcək dərman olmayıb.

Kortez Bennett qəzet oxumağı çox sevirdi. Lakin bir gün o, zülmətə qərq oldu. Bir gecənin içində onun gözləri tutuldu.

Kortez Bennett: “Əlbətdə mən dərhal başa düşdüm ki,vəziyyətim ciddidir. Amma mən yenə də həkimin yekun fikrini bilmək istəyirdim və nəhayət həkim mənə dedi ki, sən bu gözlərlə artıq görə bilməyəcəksən.”

Kortez göz bəbəyində mərkəzi damarın tutulması xəstəliyinə düçar olub. Bu xəstəlik baş verən an geniş damarla gözün bəbəyinə hərəkət edən qan dayanır və bundan sonra qan gözün içərisinə sızaraq bəbəyi zədələyir və nəticədə insanın kor olmasına gətirib çıxarır.

İndi oftalmoloqlar bu xəstəlikdən əziyyət çəkən insanlara kömək etmək üçün yeni müalicə üsulu aşkar ediblər.

Viskonsin ştatının Madison Universitetindən həkim Maykl İp:
“Bu yaxınlarda araşdırdığımız müalicə üsullarından biri intravitrial triamsinalon inyeksiya adlanır. Biz ona qisa olaraq gözdaxili steroid inyeksiya deyirik.”

Steroid inyeksiyaları görmənin bərpası və ya yaxşılaşması üçün ilk və uzun müddət effektiv olan müalicə üsuludur.

Maykl İp: “Bu çox qüvvətli və sevindirici nəticədir.”

Gözdə qan damarları tutulduqda qan və başqa mayelər geriyə, qan damarlarına qayıdır. Sonra yeni qeyri normal, zəif qan damarları formalaşmağa başlayır. Bu yeni yaranmış damarların zəif olması qanın sızmasına səbəb ola bilir və steroidlər yeni formalaşmış qan damarlarının sızmasının qarşısını alır. Bu, isə öz növbəsində görüntünü bərpa edir.

Maykl İp “Biz bu steroid inyeksiyalarının xəstənin səhətini bir və ya iki il müddətində beş dəfə yaxşılaşdıracağına böyük şansın olduğunu müəyyən etdik.”

İnyeksiyalar bir il ərzində bir neçə dəfə vurulur. Korezin müalicəsi uğurlu keçdi. O, indi əvvəki kimi avtomobil sürür, kitab, qazet oxuyur və kompüterdən istifadə edə bilir.

Kortez Bennett: “Steroid olmasaydı mən zülmət dünyasında qalmalı olacaqdım.”

Elm gözlərə işıq gətirir. Steroid inyeksiyalarının yan təsirləri siyahısına mirvari suyu və qlaukoma daxildir. Xəstəliyin yaranmasında başlıca risk amilləri yaş, diabet və yüksək qan təzyiqidir.
XS
SM
MD
LG