Accessibility links

Tibbi texnologiya [Video]


Tibbi texnologiya
please wait
Embed

No media source currently available

0:00 0:03:48 0:00

MRİ rentgeni adlanan maqnit-rezonans tomoqrafiyası 1980-ci ildən bəri cox dəyərli cihaz olsa da sadəcə sabit görüntülər verir. Bu il Kaliforniya Universitetinin araşdırmaçıları bədən üzvlərinin çevrilə biləcək şəkillərini çəkən cihaz ixtira ediblər.

Ortopedik cərrah Robert Szabo hazırda bu cihazdan istifadə edir.

Robert Szabo: "Biz bir insanın nəyə görə biləyinin qeyri-sabit inkişaf etdiyini, nəyə görə ağrı olduğunu və biləyin oynaqları arasında yeyilmə olduğunu başa düşürük. Biz həmin xəstənin həyatını yaxşılaşdırmaq üçün toxumalar düzəltmək və ya həmin üzvün əvəzləyicisini, daha yaxşı protez düzəltmək üçün nə edə bilərik."

Ciddi onurğa sütunu zədəsi çox vaxt sidik, nəcis və cinsi orqan da daxil olmaqla bədənin beldən aşağı hissələrinin funksiyasının itməsinə səbəb olur. Kentaki ştatında yerləşən Luisvil Universitetinin alimlərinin insan bədəninə yerləşdirdikləri elektronik cihaz xəsətlərə bəzi üzvlərinin funksiyasını yenidən bərpa etməyə kömək edir.

Milli Səhiyyə İnstitutundan Doktor Roderik Pettiqru deyir ki, onurğa sütunu travması artıq ömür boyu iflic olmaq mənasına gəlmir.

Roderik Pettiqru: "Bu dörd fərdin üzvlərini hərəkət, nəzarət etmə və həmçinin sidik, nəcis kimi nəzarəti əldə olmayan funksiyaların qabiliyyətinə yiyələndiyini görmək ümidvericidir."

İsveçrədə yerləşən Çalmers Texnologiya Universitetinin tədqiqatçıları protez cihazları üçün beyin implantı üzərində işləyirlər. Bu protez qolun əsl qol və əl kimi hiss etmə və davranmaq qabiliyyətinə sahib olacaq.

ABŞ-da yerləşən Medtronik şirkəti elektrik beyin stimullaşdırılmasından istifadə edərək Parkinson xəstəliyinin simptomlarını aradan qaldıracaq.

Pasient Deyvid Devsnap deyir ki, implantdan əvvəl o, gəzə bilmirdi.

Deyvid Devsnap: "Bu mənə həyatımı qaytardı. Bu prosedur mənim üçün möhtəşəm idi. Əgər siz məni əvvəl görməmisizsə, bunun necə olduğunu həqiqətən də başa düşə bilməzsiz. Bədənimin sol tərəfini istifadə edə bilmirdim."

Bu il alimlər həmçinin kök hüceyrələrinin zədələnmiş toxumaları bərpa etməyə kömək edəcəyi üzərində nəticəyə yaxınlaşıblar. Pitsbuq Tibb Məktəbi Universitetinin alimləri bildirir ki, ciddi xəsarət almış xəstələrin bəzilərində donuzların sidik kisələrinin köməyi ilə yeni əzələ yetişdirilib.

3D printer texnologiyası da həmçinin tibb sahəsində mühüm rol oynayıb. Çin həkimləri ağır sümük xəstəliyindən əziyyət çəkən oğlanın onurğa sümüyünün bir hissəsini 3D printer vasitəsi ilə çap ediblər.

Əməliyyata başçılıq edən Pekin Universitetinin ortopediya şöbəsinin rəhbəri Doktor Liu Jonqyun 3D çapın süni implantasiya üçün yaxşı fürsət olduğunu deyir.

Liu Jonqyun: "Biz xəstənin CT rentgen kimi ikonoqrafik məlumatlarını 3D çapa uyğun məlumata çevirərək daxili fiksasiyanı düzəldirik. Bu, xəstənin sümük quruluşunun tam eynisidir."

Tibbdəki texnoloji inkişaflar göstərir ki, 2015-ci ildə də bu sahədə daha çox kəşflərin şahidi olacayıq.

XS
SM
MD
LG