Accessibility links

Tibb üzrə Nobel mükafatı Yaponiya aliminə verildi


Tokio Texnologiya institutunun professoru Yoşinori Ohsumi

Tokio Texnologiya institutunun professoru Yoşinori Ohsumi

Tokio Texnologiya institutunun 71 yaşlı professoru insan hüceyrələrinin quruluşu sahəsində tədqiqatlarına görə yüksək mükafata layiq görülüb

Yaponiya alimi Yoşinori Ohsumi autofagiya-insan hüceyrəsinin bölünməsi və onun daxili komponentlərinin yenidən bərpası ilə bağlı tədqiqatlarına görə 2016-cı il tibb üzrə Nobel mükafatının laureatı olub.

"Onun kəşfləri aclığa adaptasiya və infeksiyaya reaksiya kimi bir sıra fizioloji proseslərdə fundamental autofagiyanın əhəmiyyətini anlamağa kömək edib"-deyə İsveç Karolinska institutunun Nobel Komitəsinin bəyanatında bildirilir.

"Onun kəşfləri aclığa adaptasiya və infeksiyaya reaksiya kimi bir sıra fizioloji proseslərdə fundamental autofagiyanın əhəmiyyətini anlamağa kömək edib"-Nobel komitəsi

Nobel komitəsinin bəyanatında həmçinin deyilir: "Autofagiyanın mövcudluğu artıq uzun zamandır məlum idi, lakin onun fiziologiya və tibb elmində əhəmiyyəti Ohsuminin 1990-cı illərdə tədqiqatları nəticəsində yeni paradiqmanın yaranmasından sonra bəlli oldu.

​Ohsumi və onun davamçılarının sayəsində indi biz bilirik ki, autofagiya hüceyrələrin komponentlərinin deqradasiyaya uğrayıb, yenidən bərpa olması kimi vacib fizioloji funksiyalara nəzarət edir."

Tokio Texnologiya institutunun 71 yaşlı professoru təxminən bir milyon dollar məbləğində mükafat alacaq.

Nobel mükafatlarının təltifi hər il Tibb və fiziologiya sahəsində laureatlarının adlarının açıqlanması ilə başlayır.

Fizika, kimya, ədəbiyyat, sülh və iqtisadiyyat üzrə Nobel mükafatları bu həftə və gələn həftə elan ediləcək.

Nobel mükafatlarının təqdimatı mərasimi hər il dekabrın 10-da-Alfred Nobelin ölümünün ildönümü keçirilir.

XS
SM
MD
LG