Accessibility links

Tibbi əməliyyatdan sonra Huqo Çavez hərbi bazaya gəlib

  • Amerikanın səsi

Tibbi əməliyyatdan sonra Huqo Çavez hərbi bazaya gəlib

Tibbi əməliyyatdan sonra Huqo Çavez hərbi bazaya gəlib

Venesuela prezidenti Huqo Chavez Kubada xərçəng şişi üzərində əməliyyatdan sonra güc nümayişi olaraq hərbi bazaya gəlib.

Prezident vaxtın darlığını əsas gətirərək bazada çox qalmayıb. Kadet və əsgərlərlə danışan prezident xəstəliklə mübarizə apardığını bildirib. O, xərçəng üzərində qalib gələcəyini deyib.

O, qəzetdə əməliyyat haqda xəbərlərin yalan olduğunu oxuduğunu deyərk bundan təəccübünü izhar edib. Çavez qarnında altı saat əməliyyat aparıldığını deyərək orada saysız tikişlər olduğunu bildirib. “Bu ağır xəstəlikdir, amma mən söz verirəm ki, biz yaşayacağıq və biz qalib gələcəyik.”

Səfər dövlət televiziyasında nümayiş etdirlib.

XS
SM
MD
LG