Accessibility links

Tibbi yardım gəmiləri Qəzzaya çatmadan dayandırılıb


Tibbi yardım gəmiləri Qəzzaya çatmadan dayandırılıb
Tibbi yardım gəmiləri Qəzzaya çatmadan dayandırılıb

Fələstinliləri dəstəkləyən fəallarının bildirdiyinə görə, Qəzza zolağına istiqamət alan iki gəminin İsrailin hərbi dəniz qüvvələri tərəfindən yoxlanıb. Twitter-də yayılan məlumat İsrailin müdafiə nazirliyinin sözçüsünün təmas qurmaq cəhdləri nəticə vermədiyi üçün gəmilərin dayandırıldığını deməsindən sonra yayılıb. YouTube-da yayılan videoda İsrail əsgərləri yüklərin İsrail ərazisindən Qəzzaya çatdırılmaını təklif etdiyini göstərir. ABŞ, Kanada və İrlandiyadan olan fəallar da daxil olmaqla, 27 nəfər çərşənbə günü Türkiyədən yola düşüb. Onların məqsədi İsrailin blokadasına məhəl qoymayaraq Qəzza zolağındakı fələstinlilərə birbaşa tibbi yardım çatdırmaqdır.

XS
SM
MD
LG