Accessibility links

Çin əsarətinə etiraz edən tibetlilər özlərini yandırırlar [Video]


Regiondan daxil olan xəbərlərə görə fəalların Çin əsarətinə etiraz əlaməti olaraq özlərini yandırdıqları Tibetdə rəsmi Pekin nəzarəti gücləndirir. 2009-cu ildə başlamış bu dalğada indiyə qədər yüzə yaxın insan özünü yandırıb ki, bu halların çoxu ölümlə nəticələnib. Regiondan xaricdə yaşayan Tibet fəalları çalışırlar ki, beynəlxalq ictimaiyyətin diqqətini baş verənlərə cəlb etsinlər.

Bir grup tibetli fəal ABŞ konqresmenlərinin ofislərini qapı-qapı gəzərək Tibetdə özünü yandıranlar barədə petisiya üçün imza toplayıblar.

“Biz Konqres üzvlərindən sənədi imzalamağı xahiş etmək üçün buradayıq. Konqresmenlər Vulf və MakQovernin başçılıq etdiyi bu kampaniya Barak Obamaya Tibetdə baş verənlər haqda məktub göndərir,” deyə fəal Dadan Nqodup dillənir.

Mobil telefonda çəkilmiş video gənclərin özlərini Tibetin küçələrində yandırdıqlarını göstərir. Kirti monastırının yüzlərlə rahibi özününkülərdən birinin dəfn mərasiminə toplaşıb. Kirti monastırı hərəkatın özəyi sayılır.

Vaşinqtonda olan fəallar deyirlər ki, 60 il Çin işğalı altında qalan tibetlilər çıxış yolu axtarırlar.

Sözün düzü mənim üçün məqsəd artıq 'Biz azad Tibet istəyirik, Biz azad Tibet istəyirik' deyil. Biz sadəcə insanların özlərini yandırmaqdan başqa çarə tapa bilmədikləri durumdan danışırıq

Dadon Ngodup Hindistanda anadan olub və valideyinlərinin vətənini heç vaxt görməyib: “Sözün düzü mənim üçün məqsəd artıq 'Biz azad Tibet istəyirik, Biz azad Tibet istəyirik' deyil. Biz sadəcə insanların özlərini yandırmaqdan başqa çarə tapa bilmədikləri durumdan danışırıq.”

Buddizimin əsas prinsiplərindən biri budur ki, heç kəs canlını öldürə bilməz. Mühacirətdə yaşamış Tibet buddistlərinin lideri Dalay Lama da qeyri-zorakılığı təbliğ edir.

Ancaq Buddizm həmçinin Bodhisattvanın “xeyir uğrunda özünü qurban vermək” idealını tərənnüm edir.

Beynalxaq Tibet Şəbəkəsindən Tenzin Dorji deyir: "Tibetlilər özlərini yandıranda biz buna mərhəmət, fədakarlıq aktı kimi baxırıq. Çünki özünü yandıran adam başqalarına heç bir zərər vermir.”

Obama administrasiyası hesab edir ki, özünü-yandırma kampaniyasına Çinin regiondakı siyasəti rəvac verib.

Çin tez-tez burada əzələ nümayiş etdirir və Dalay Lamanın şəkillərini qadağan edib.
Pekin özünü-yandırmalara görə də Dalay Lamanı günahlandırır.

İnsan həyatını dağidaraq və şikəst edərək tibetlilərin müstəqil separatçı siyasi hədəfə çatması heç zaman mümkün olmayacaq.

Honq Ley Çin xarici işlər nazirliyinin sözçüsüdür. O deyir: “İnsan həyatını dağidaraq və şikəst edərək tibetlilərin müstəqil separatçı siyasi hədəfə çatması heç zaman mümkün olmayacaq.”

Dövlət televizyasının bu yaxınlarda ekrana çıxardığı şübhəli qismində dindirilən şəxs etiraf edir ki, o, özünü yandıran tibetliləri xaricdə qəhrəman olacaqlarına inandırmaqla məşğul olub.

Əlbəttə, fəalların gözündə onlar həqiqətən qəhrəmandırlar.

Ağ Ev ətrafında gecə düşürkən fəallar dualarını davam etdirirlər.

Bu misilsiz özünü-yandırma kampaniyası beynalxaq diqqəti Tibetə cəlb edir. Fəallar ümid edirlər ki, baş verənlər Obama administrasiyasını Çin hökümətinə təzyiqləri artırmağa sövq edəcək.
XS
SM
MD
LG