Accessibility links

17 yaşlı tibetli canına qəsd edib


17 yaşlı tibetli həyatına qəsd edib. Qannan regionunda Songdi Kyab adlı gənc Çinin hakimiyyətinə etiraz olaraq özünü yandırıb. Şahidlər polisin onu xəstəxanaya apardığı vaxt hələ sağ olduğunu deyib. Bu, son bir neçə gün ərzində həyata keçirilən 3-cü hadisədir.

28-i ötən ay olmaqla 2009-cu ildən bəri 91 tibetli özünü yandıraraq öldürüb.

Pekin intiharlara görə separatizmi yayan Dalay Lamanı məsul tutur.

Ötən çərşənbə günü Mumbayda çıxış edən Dalay Lama dünya miqyasında totalitar hökumətlərin bütün formalarının aradan qalxdığını deyib. O, Çin hökumətini “yeni reallıqlara uyğun hərəkət etməyə” çağırıb.
XS
SM
MD
LG