Accessibility links

Dünya Ticarət Mərkəzinin yeni binasının inşasına yekun vurulub [Fotoqalereya]


Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin yeni binasının inşasına yekun vurulub. 2001-ci ilin terror aksiyalarından sonra mərkəzin bərpasının simvolu olan bu binanın hündürlüyü 541 metrdir.

Binanın damına yerləşdirilən gümüş rəngli qüllə Amerikanın müstəqillik rəmzi hesab edilir.

124 metrlik qüllənin çəkisi 758 tondur.

Göydələn 11 sentyabr faciəsinin baş verdiyi ərazidə ucaldılıb.
XS
SM
MD
LG