Accessibility links

Maykl Lalli: Azәrbaycan ABŞ-a kәnd tәsәrrüfatı məhsulları ixrac edir


Robert Sekuta və Maykl Lalli

Robert Sekuta və Maykl Lalli

ABŞ Ticarət Missiyasının Azərbaycana səfəri başlayıb.

ABŞ Ticarət Departamentinin rəsmiləri də daxil olmaqla 14 Amerika şirkəti yerli biznes və hökumət agentlikləri ilə ticarət və biznes imkanlarını araşdıracaq. Səfər noyabrın 20-dək davam edəcək.

Nümayəndə heyərinə ABŞ-ın Baxter, Bloomberg LP, Capstone Turbine, Dow, Honeywell, Globalise, Langan, Miyamoto International, Osisoft, P&G, Thomson Reuters, Turner International, Wayback's Burgers, WSP/Parsons Brinkherhoff şirkətlərinin nümayəndələri daxildir. Missiyaya ABŞ Ticarət Departamenti katibinin köməkçisinin müavini Maykl Lalli rəhbərlik edir.

Noyabrın 18-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta öz iqamətgahında ABŞ Ticarət Missiyası üçün ziyafət təşkil edib.

Mәqsәdimiz birgә çalışaraq güclü, sabit, demokratik, inkişaf edәn Azәrbaycan qurmağa kömәk etmәkdir.

Robert Sekuta

Sәfir Sekuta bildirib ki, ABŞ-ın Azәrbaycanla әmәkdaşlıq etdiyi üç әsas sahәdәn biri dә iqtisadiyyatdır.

"Ölkәlәrimiz arasında olan uğurlu әmәkdaşlığın ruhuna uyğun olaraq iqtisadi vә ticarət әlaqәlәrini yaxşılaşdırmaq üçün 15 şirkәtdәn ibarәt nümayәndә heyәti Azәrbaycana gәlib. Mәqsәdimiz birgә çalışaraq güclü, sabit, demokratik, inkişaf edәn Azәrbaycan qurmağa kömәk etmәkdir", o qeyd edib.

ABŞ Ticarət Departamenti katibinin köməkçisinin müavini Maykl Lalli deyib ki, Azərbaycan Amerika biznesi üçün çox mühüm ticarət partnyorudur.

“Bakıda xidmət göstərdiyim müddətdə (o, 1990-cı illərdə ABŞ-ın Bakıdakı səfirliyində çalışıb-red) ikitərəfli ticarət əməkdaşlığı üçün mövcud olan böyük potensialın şəxsən şahidi oldum. Bu ticarət missiyasının məqsədi yeni böyük ixrac imkanlarına qapı açmaq və Azərbaycana yeni investisiyalar cəlb etməkdir ki, bu da iki ölkənin iqtisadiyyatlı arasında sıx olan münasibətləri daha da inkişaf etdirəcək”, M.Lalli qeyd edib .

Bu ticarət missiyasının məqsədi yeni böyük ixrac imkanlarına qapı açmaq və Azərbaycana yeni investisiyalar cəlb etməkdir.

Maykl Lalli

Missiya ABŞ və Azərbaycan iqtisadiyyatları arasında biznes və ticarət münasibətlərini gücləndirmək üçün biznes və hökumət agentliklərinin liderlərini bir araya gətirəcək. Bir neçə hökumət brifinqləri, təkbətək görüşlər və netvörkinq ziyafətləri təşkil ediləcək.

Mayk Lalli Amerikanın Səsinin Azərbaycan-ABŞ ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün qanunvericiliyə, o cümlədən gömrük və vergi sistemində hansı dəyişikliklərin edilməsinin vacibliyi ilə bağlı sualının cavabında deyib ki, ABŞ hökumәtinin, o cümlәdәn onun başçılıq etdiyi missiyanın mәqsәdi Azәrbaycanla ABŞ arasında ümumi ticarәt әlaqәlәrinni qurmaqdır.

“ABŞ Azәrbaycanda ticarәt vә investisiyanın həcmini artırmaq istəyir. Azәrbaycanda hökumәt vә özәl şirkәtlәrlә səmərəli müzakirәlәrimiz olub. Gәlәn dәfә Azərbaycana 15 yox, 45 nәfәrlik nümayәndә heyәti ilә gәlmək niyyətindəyik”.

Onun fikrincə, Azәrbaycanla ticarәt әmәkdaşlığı üçün müxtəlif sahәlәrdә çox böyük potensial var.

“Onu da qeyd edim ki, Azәrbaycan artıq kәnd tәsәrrüfatı məhsullarını ABŞ-a ixrac edir. Azәrbaycan öz iqtisadiyatında rәqabәtliliyi artırdıqca ixracını artıracaq vә iqtisadiyyat diversifikasiya olacaq. Bu isə öz növbәsindә yeni iş yerlәrinin yaradılması demәkdir", cənab Lalli Amerikanın Səsinin “Azərbaycanın hansı məhsulları ABŞ bazarındakı rəqabət mühitində yer tuta bilər?- sualının cavabında bildirib.

XS
SM
MD
LG