Accessibility links

Tikritdə bir həftə bundan əvvəl döyüşlərə başlayan İraq hərbi qüvvələri və onlarla koalisiyada olan şiə qüvvələrlə İslam Dövləti qrupunun yaraqlıları arasında şəhərin ətrafında toqquşmalar davam edir.

Koalisiya qüvvələri İŞİD snayperlərinin bölgəni ekstremisltlərdən təmizləmək səylərinin qarşısını almağa çalışdığı Əl-Dour və Albu Acil şəhərlərində üstünlüyü keçirməyə çalışır.

İraq hərbi qüvvələri Tikrit şəhərinə nəzarəti geri almaq üçün keçən həftə İslam Dövləti qrupuna qarşı ən genişmiqyaslı əməliyyata başlayıb. Tikrit cənubda hökumətin nəzarətində olan paytaxt Bağdad və şimalda İslam Dövləti qrupunun nəzarət etdiyi Mosul arasında mühüm strateji əhəmiyyətə malik şəhərdir.

İraq hərbi qüvvələri əməliyyatı ABŞ-ın başçılıq etdiyi koalisiyanın müdaxiləsi olmadan İranın taktiki köməyi ilə həyata keçirir.

ABŞ-ın başçılığı ilə koalisiya İraq və Suriyada İslam Dövləti qrupunun mövqelərinə qarşı hava hücumlarını davam etdirir.

XS
SM
MD
LG