Accessibility links

Minlərlə şiə silahlı şəxs, yerli qəbilə üzvü və İraq qüvvələri Tikrit şəhəri uğrunda birgə əməliyyata başlayıb

İraq hökumət qüvvələri ilə silahlı qruplaşmalar İslam Dövləti yaraqlılarını Tikrit şəhərindən çıxarmaq üçün koalisiya şəklində hücuma keçib.

Ölkənin baş naziri və ali baş komandanı Heydər Əl-Abadi əməliyyatın başladığı bu gün qonşu Samarra şəhərinə səfəri zamanı bəyan edib.

Minlərlə şiə silahlı şəxs, yerli qəbilə üzvü və İraq qüvvələri şəhər uğrunda birgə mübarizəyə başlayıb. Məlumat Amerikanın Səsinə təsdiq edən sabiq regional rəsmi bölgədə güclü döyüşlərin getdiyini bildirib.

Səladin Qubernatorluğu İraq paytaxtı ilə şimalda üsyançıların nəzarətində olan Mosul şəhəri arasında körpü rolunu oynayır.

Şəhər 2014-cü ilin ortalarından İslam Dövlətinin nəzarətindədir.

XS
SM
MD
LG