Accessibility links

Tikritdə iki bomba partlayışı olub


Tikritdə iki bomba partlayışı olub
Tikritdə iki bomba partlayışı olub

İraq rəsmiləri deyir ki, Tikrit şəhərində bankın qarşısında baş verən 2 bomba partlayışı nəticəsində 15 nəfər həlak olub. Hadisə əsgər və polislərin maaşlarını almaq üçün toplaşdığı yerdə baş verib.

Təhqiqatçıların bildirdiyinə görə, dövlət nəzarətində olan Rafidain bankın önündəki partlayışlar nəticəsində 30 nəfər yaralanıb. Rəsmilər deyir ki, ilk partlayış avtomobildə olub. Onların məlumatına görə, insanlar bir kənara toplaşan zaman isə intiharçı partlayıcı qurğunu işə salıb.

Bağdaddan 130 kilometr aralıda yerləşən Tikrit şəhəri İraqın sabiq lideri Səddam Hüseynin doğma şəhəridir.

Qeyd edək ki, ABŞ bu ilin sonunadək hərbi qüvvələrini ölkədən çıxarmağı planlaşdırır.

XS
SM
MD
LG