Accessibility links

Cümə günü Brusseldə NATO həmkarları ilə görüşən ABŞ dövlət katibi Reks Tillerson NATO müttəfiqlərinin müdafiə büdcələrini artırmalı olduqlarının deyib.

ABŞ-ın ən yüksək səviyyəli diplomatı NATO ölkəlrinin xarici nazirlərinə ittifaqın İraq və Suriya kimi yerlərdə öz missiyasını yerinə yetirə bilmsəi üçün “bütün maddi və digər resurslara” malik olmalı olduğunu deyib.

Bundan əvvəl cümə günü Tillerson həmçinin NATO müttəfiqləri ilə Rusiyanın Ukraynadakı təcavüzünü müzakirə etmək istədiyini bildirib.

Brüsseldə dövlət katibi üç əsasə məsələrinin vacib olduğunu düşündüyünü düyib. Bunlara MATO-nun resursları, təşkiların terrora qarşı mübarizəsi və xüsusilə də, Rusiyanın Ukrayna və digər ölkələrə qarşı təcavüzü qarşısında NATO-nun Avropadakı nüfuzu daxildir.

Tillersonun Brüsselə səfəri Ankarada Türkiyənin yüksək səviyyəli rəsmiləri görüşəndən bir gün sonraya təsadüf edir.

Ərdoğan və digər rəsmilərlə görüşəndən sonra ABŞ dövlət katibi Türkiyəni etibarlı müttəfiq adlandırıb.

Tillerson İslam Dövləti qrupuna qarşı mübarizədə Türkiyənin rolunun vacibliyini vurğulayıb.

Lakin bu iki ölkə Vaşinqtonun İslam Dövləti militantlarına qarşı mübarizədə suriyalı kürd PYD döyüşçüləri ilə onun yarı hərbi qüvvəsi YPG-yə dəstəyi ilə bağlı fikir ayrılıqları yaşayırlar.

Ankara PYD-ni Türkiyə dövlətinə qarşı vuruşan PKK-yə bağlı terror təşkilatı olmaqda günahlandırır.

Birgə mətubat konfransı zamanı Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu Türkiyənin PYD-nin dəstəklənməsinin əleyhinə olduğunu vurğulasa da, birbaşa Tramp administrasiyasını tənqid etməyib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG