Accessibility links

ABŞ dövlət katibi Reks Tillerson deyib ki, Amerikanın İŞİD-in məhvi siyasətinin müttəfiqlərinin maliyyələşdirməsi və resurslarsız baş tutmaya bilər.

"Missiyamızın nailiyyəti bütövlüklə terror təşkilatının məhvinə yönəlik məqsədə sədaqətimizdən asılıdır. Vaşinqtonda təşkil edilən İslam Dövlətinə qarşı Qlobal Koalisiyanın toplantısında iştirak edən dövlət katibi 2017-ci ildə 2 milyard dollardan artıq fond toplandığını bəyan edib. Tillerson vəsaitin lazımi əməliyyatlar üçün bölüşdürüləcəyini deyib.

ABŞ dövlət katibi bildirib ki, anti-İŞİD koalisiyasının qrupun insanları sıralarına cəlb etməsi, qlobal silahlanmasına və ideologiyasına mane olunmasında vəhdət əldə edilməlidir.

68 ölkə nümayəndəsinin iştirak etdiyi toplantı 2014-cü ildən sonra qurumun keçirdiyi ilk yığıncağıdır.

XS
SM
MD
LG