Accessibility links

Reks Tillerson: ABŞ öz vətəndaşlarına divan tutan təcavüzkarlara qarşı mübarizədə öhdəliklərinə əməl edəcək


ABŞ dövlət katibi Reks Tillerson ötən həftə ABŞ-ın Suriyadakı raket hücumuna dəstək əldə etməyə çalışır. O, Amerikanın öz vətəndaşlarına divan tutan təcavüzkarlara qarşı mübarizədə öhdəliklərinə əməl edəcəyinə vəd verib.

Böyük Yeddiliyin (G-7) xarici işlər nazirlərinin ikigünlük İtaliya sammitinə qatılan Tillerson İkinci Dünya Müharibəsi zamanı Nasist Almaniyasının qətlə yetirdiyi 500 adamın məbədi üzərinə əklil qoyub.

Dövlət katibi Dəməşqin onlarla insanın ölümünə səbəb olan kimyəvi silahlarla hücumuna Amerikanın cavabına toxunub.

"Biz dünyanın hər yerində günahsız insanlara qarşı cinayətlərə yol verənləri məsul tutacağıq" - deyə, Tillerson bildirib.

ABŞ dövlət katibi Reks Tillerson deyib ki, aprelin 12-də Moskva görüşündə Rusiyanın öz müttəfiqi Suriyanın kimyəvi silahdan istifadə etməsinə mane olmadığında günahlandıracaq.

ABŞ dövlət katibi xəbərdarlıq edib ki, əgər Suriya bir daha kimyəvi hücuma əl atsa, bu açıq şəkildə ABŞ-Rusiya münasibətlərinə ziyan vuracaq.

Suriya hökümətinin üsyançıların nəzarət etdiyi İdlibdə zəhərli qaz hücumu həyata keçirərək azı 100 nəfərin ölümünə səbəb olmasından bir neçə gün sonra ABŞ Suriyaya qarşı raket hücumu həyata keçirib.

Qaz hücumu qurbanlarının çoxu azyaşlı uşaqlar olub.

Suriya prezidenti Bashar Assadın yaxın müttəfiqləri olan Rusiya ilə İran isə ABŞ-ın raket zərbələrini qınayaraq, bunun beynəlxalq hüquqa zidd olduğunu bəyan ediblər.

Türkiyə və Avropapa İttifaqı ölkələri ABŞ-ın bu addımını dəstəkləyib.

Tillerson Moskvaya Böyük Yeddiliyin xarici işlər nazirlərinin görüşündən sonra gedəcək.

Görüş aprelin 9-dan 11-dək davam edəcək.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG