Accessibility links

ABŞ dövlət katibi Şimali Koreya ilə "strateji səbr siyasətinə" son qoyulduğunu bildirərək, Pxenyana qarşı hərbi əməliyyatların masa üzərində olduğunu deyib.

Seulda danışan Reks Tillerson bildirib ki, Şimali Koreya təhlükəsiz, iqtisadi baxımdan firavan gələcəyin yeganə yolunun nüvə silahları, ballistik raketlər və kütləvi qırğın silahlarından imtina edilməsi olduğunu başa düşməlidir.

Şimali Koreya ilə "strateji səbr siyasətinə" son qoyulur

Cənubi Koreyanın xarici işlər naziri Yun Bayin-se ilə birgə mətbuat konfransında iştirak edən dövlət katibi təcrid edilmiş bu ölkənin öhdəsindən gəlmək məqsədi ilə geniştərkibli imkanlar bazasının yaradıldığını ifadə edib.

Reks Tillerson Şimali Koreyanın nüvə silahı ilə bağlı 20 il davam edən uğursuz diplomatik danışıqlardan sonra bu məsələyə yeni yanaşmanın gərək olduğunu deyib.

Birləşmiş Ştatların yüksək səviyyəli diplomatı kimi Tillerson ilk dayanacağı olan Yaponiyada dünən deyib ki, onun regiona səfərinin məqsədi Yaponiya, Cənubi Koreya və Çinlə fikir mübadiləsi aparmaqdır.

Tillerson səfərini Çində başa vuracaq.

Çinin dövlət başçısı Tsi Tsinpinqlə görüşü zamanı Tillersonun aprel ayında Donald Trampla Floridada təşkil ediləcək sammitə zəmin hazırlayacağı gözələnilir.

XS
SM
MD
LG