Accessibility links

"Pxenyana qarşı hərbi ölçünü istisna etmirik"


ABŞ Dövlət Katibi Şimali Koreyanın mümkün təcavüzünə qarşı hərbi cavabı istisna etmədiyini bəyan edib. O, əlavə edib ki, Vaşinqton totalitar dövlətin maliyyə və beynəlxalq təcridini gücləndirməkdə davam edəcək.

“Bizim əvvəl dediyimiz kimi, provokasiyalara cavab olaraq bütün seçimlər masa üzərindədir,” Reks Tillerson BMT Təhlükəsizlik Şurasında Şimali Koreyanın nüvə məsəsləsi ilə bağlı müzakirələrdə bildirib.

Biz problemin danışıqlar yolu ilə həllinə üstünlük veririk, ancaq Şimali Koreyanın aqressiyasına qarşı özümüzü və müttəfqilərimizi müdafiə etməkdə qətiyik.

Şimali Koreyanın təcavüzünə qarşı diplomatik və maliyyə rıçaqları lazım gələrsə hərbi ölçüyə söykənəcək, deyə o xəbərdarlıq edib. “Biz problemin danışıqlar yolu ilə həllinə üstünlük veririk, ancaq Şimali Koreyanın aqressiyasına qarşı özümüzü və müttəfiqlərimizi müdafiə etməkdə qətiyik.”

Tillerson sürətlə həyata keçirilcək intensivləşidirlmiş kampaniyanın Şimali Koreyanın maraqları üçün ağrılı olacağını bildirib, O, əlavə edib ki, rejim dəyişikliyi bu plana daxil deyil.

O, bildirib ki, Pxenyan özünün qeyri-qanuni silah proqramını sökmək istiqamətində konkret addımlar atmayınca, danışıqlar baş verməyəcək.

Şimali Koreya hərbi təlim keçirir.
Şimali Koreya hərbi təlim keçirir.

Dövlət Katibi Vaşinqtonun beynəlxalq ictimaiyyətdən Şimali Koreya ilə bağlı atmaq istədiyi addımları sadalayıb. Tillerson dünya ictimaiyyətini Pxenyana qarşı hədəfli sanksiyalara qoşulmağa, ona maliyyə və diplomatik təzyiqlər göstərməyə çağırıb.

“Biz Şimali Koreyanın raket proqramını maliyyələşdirən ticari əlaqələri kəsməliyik,” o bəyan edib. ABŞ Dövlət Katibi habelə Şimaldan edilən idxala son qoyulmasına çağırıb.

XS
SM
MD
LG