Accessibility links

Tillersonu Asiya səfərində media müşayiət etmir [Video]


ABŞ dövlət katibi Reks Tillerson Asiyaya ilk səfərini edib. Səfərin diqqət mərkəzində Şimali Koreyanın provokasiyaları yer alır. Lakin dövlət katibini ənənəvi olaraq jurnalistlər müşayiət etmir. Bir sıra veteran jurnalist və xarici analitiklər narazılıqlarını bildirir. Diplomatik müşahidəçilər isə Tillersonun mətbuatdan uzaq durduğuna görə narahatlıqlarını ifadə edir.

Tillerson vəzifəsinin ilk günü, fevralın 2-də mətbuata yaxşı münasibət göstərmişdi.

Lakin ondan sonra dövlət katibi jurnalistlərin suallarına cavab verməkdən imtina edir.

Onun Şimali Koreyanın raketləri sınaqdan keçirdiyi vaxta təsadüf edən

Asiya səfəri zamanı ənənəni pozması sullar qaldırıb.

Sabiq səfir Lora Kennedi : “Mən sizə dövlət katiblərinin hər bir səfərinə dair xartiya göstərə bilmərəm. Lakin 40 ildən çoxdur Dövlət Departamentində çalışdığım müddət ərzində dövlət katiblərinin mətbuata xoş məramının şahidi olmuşam. Onları müxtəlif səbəblərlə müxbirlər müşayiət edib. ”

Sabiq səfir Lora Kennedi Çinin də daxil olduğu səfərdə medianın iştirak etməməsini təəssüflə qarşılayır.

"Azad mətbuatı olmayan Çin kimi ölkəyə səfər zamanı azad mətbuat nümayəndələrinin yanında olmaması azad mətbuatı təbliğ edən ABŞ üçün mənfi siqnaldır.

Dövlət Departamentinin müvəqqəti sözçüsü Mark Tonerə məhz bu haqda sual ünvanlanıb.

“Bu, bizim yaymaq istədiyimiz mesaj deyil.”

Ötən cümə günü Ağ Evin mətbuat katibi Şon Spayser bildirmişdi ki, Tillerson jurnalistlərin yerləşməyəcəyi daha kiçik təyyarə ilə yola düşəcək.

“Biz hər bir kabinet üzvünün səfərinin detallarını müəyyən etmirik. Lakin həmkarlarınızın narahatlığını nəzərə alaraq, gələcəkdə təyyarənin ölçüsünə görə, yerlər müəyyən ediləcək.”

Dövlət Departamenti Tillersonun müxbirlələrlə Yaponiyada görüşəcəyini bildirir.

XS
SM
MD
LG