Accessibility links

Reks Tillerson: Rusiya ilə əməkdaşlıq müəyyən şərtlərlə mümkün ola bilər


ABŞ dövlət katibi Reks Tillerson Vaşinqtonun Rusiya ilə əməkdaşlığının müəyyən şərtlərlə mümkünlüyünü ifadə edib.

"Ortaq zəmin yaratmağa çalışdığımız vaxt Rusiyanın Minsk razılığının şərtlərinə əməl etməsini və Ukraynada gərginliklərin azaldılması yolunda iş aparmasını istəyirik" - deyə Tillerson Böyük İyirmiliyin Bonn görüşündə bildirib.

Tillerson bunları Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra deyib. Görüşdən əvvəl Lavrov Rusiyanın digər ölkələrin daxili işlərinə müdaxilə etmədiyini bildirib.

Ortaq zəmin yaratmağa çalışdığımız vaxt Rusiyanın Minsk razılığının şərtlərinə əməl etməsini və Ukraynada gərginliklərin azaldılması yolunda iş aparmasını istəyirik

2015-ci il Minsk razılığına əsasən Rusiya, Ukrayna və Rusiyaya arxalanan separatistlər böhrana son qoyub, ağır silahları çıxarmağa başlamalı idi. 2014-cü ildə Rusiyanın krımı ilhaqından sonra Moskva separatist qüvvələrə dəstək verir. Böhran 10 mindən artıq insan həyatıa bahasına başa gəlib.

Moskva münaqişəyə birbaşa müdaxiləsini inkar edir.

ABŞ-ın kəşfiyyat orqanları Rusiyanın Trampın xeyrinə 2016-cı il prezident seçkilərinə müdaxil etməkdə günahlandırır.

Tramp isə iddiaları mənasız adlanıdırb.

Rusiya prezidenti Vladimir Putin bu gün Rusiya ilə ABŞ münasibətlərinin yaxşılaşdırılmasına və hər iki ölkənin kəşfiyyat agentliklərinin ortaq problemlərin həllində iştirak etməsinə çağırıb.

Putin

Putin

"ABŞ və NATO-nun digər üzvləri ilə dialoqun bərpası bizim maraqlarımıza xidmət edir " - deyə Putin bildirib.

Tillerson iAlmaniyanın xarici işlər naziri Siqmar Qabrielin ev sahibliyi etdiyi görüşdə ilk dəfə dövlət katibi kimi iştirak edir.

G-20 dünya iqtisadiyyatının 85 faizini təmin edir.

Bonn gprüşü Böyek 20-liyin iyul ayında Hamburqda keçriləcək sammitdən öncə təşkil edilib. Həmin sammit zamanı prezident Tramp Putinlə görüşə bilər.

XS
SM
MD
LG