Accessibility links

Tillerson Moskvaya səfər edəcək


ABŞ dövlət katibi Reks Tillerson gələn həftə Böyük Yeddilərin xarici işlər nazirlərinin zirvə görüşündən sonra Rusiyaya səfər edəcək. Bunu ABŞ Dövlət Departamenti bildirib.

Aprelin 11-də görüşlərdən sonra Tillerson Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmaq məqsədilə Moskvaya səfər edərək. Müzakirələrin diqqət mərkəzində Ukraynada vəziyyət, terrorizmə qarşı mübarizə səyləri və ikitərəfəli münasibətlər olacaq.

“Səfər bizim Rusiyanın yüksək səviyyəli rəsmiəri ilə birbaşa kommunkasiya əlaqələrini saxlamaq və Minsk razılaşmalarının yerinə yetiriləməsi məqsədilə atılacaq növbəti addımlar da daxil olmaqla, ABŞ-ın baxışlarının aydın şəkildə çatdırılması səylərinin bir hissəsi olaraq həyata keçirilir”-deyə Dövlət Departamentinin sözçüsü Mark Toner bildirib.

Rusiyanın Xarici İşlər nazirliyi Tillersonun səfər edəcəyini təsdiq edib. Nazirliuyin açıqladığı bəyanatda Tramp administrasiyasının hakimiyyətdə olduğu dövrdə Tillersonun ABŞ-ın baş diplomatı kimi ilk dəfə olaraq qəbul ediləcəyini qeyd edilib.

Bəyanatda danışıqlar zamanı Suriya, Şimali Koreya və başqa məsələlərin müzakirə ediləcəyi deyilir.

“Ukraynada vəziyyət də Kiyevin Minsk razılaşmalarına uyğun olaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməsi vurğulanmaqla diqqətdən kənarda qalmayacaq”-deyə Rusiyanın Xarici İşlər nazirliyinin bəyanatında bildirilir.

Böyük 7-lərin xarici işlər nazirlərinin zirvə görüşü aprelin 9-dan 11-ə qədər İraliyanın Lukka şəhərində keçəcək. Görüş prezident Donald Trampın da gələn ay iştirak edəcəyi Böyük 7-lərin dövlər başçılarının sammitinə hazırlıq məqsədi daşıyır.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG