Accessibility links

ABŞ Senatı dövlət katibi vəzifəsinə nominasiya edilən Reks Tillersonun təsdiqinə çalışır


ABŞ Senatı prezident Donald Trampın dövlət katibi vəzifəsinə nominasiya etdiyi Reks Tillersonun təsdiqinə çalışır.

Respublikaçıların əksəriyyət təşkil etdiyi Senatda Tillersonun təsdiqi ilə bağlı dinləmələr keçirilməsi üçün 56-43 səs verilib.

Demokrat azlığın rəhbəri Çak Şumer Tillersonun Trampın 7 müsəlman ölkəsindən qaçqınlar və ziyarətçilərin ölkəyə girişinə qadağa tətbiq etməsinə dair sualları cavablandıranadək təsdiqlə bağlı səsvermənin yubadılmasına çağırıb.

64 yaşlı Tillerson Exxon Mobil şirkətinin icracı diroktoru vəzifəsindən yenicə istefa verib. Onun Rusiya ilə nəhəng neft razılıqları, onu 2013-cü ildə Dostluq Orderinə layiq görən Vladimir Putinlə yaxın əlaqələri suallar doğurur.

Tillerson bu ayın əvvəlində Senatda Rusiyanın ABŞ üçün təhlükə törətdiyini demişdi.

Tillersonun əleyhinə olan demokratlar onun təsdiqinə mane ola bilməyəcəyək. Bu yalnız bir neçə respublikaçının onları dəstərkləməsi ilə mükün ola bilər. Lakin belə bir ehtimal gözlənilmir.

İki respublikaçı senator-Con Makkeyn və Lindsi Qraham Trampı səyahət məhdudiyyətlərinə görə tənqid etsə də, Tillersonun təsdiqinə mane olacaqlarını bildirməyib.

Facebook Forum

XS
SM
MD
LG