Accessibility links

Time jurnalı ABŞ prezidenti Barakı Obamanı ilin adamı elan edib. Jurnal bildirir ki, prezidentin ikinci müddətə seçildiyi tarixi seçkilər ölkədə demoqrafik dəyişiklərin simvoludur. Jurnal habelə cənab Obamanı yeni Amerikanın simvolu və müəyyən mənada memarı adlandırıb.

Bununla Time jurnalı prezident Obamanın ikinci dəfə ilin adamı elan edir. 2008-ci ildə demokrat Barak Obama Amerikanın ilk Afrika mənşəli prezidenti seçiləndə jurnal onu ilin adamı elan etmişdi.

Time jurnalının ilin adamı siyahısında Pakistanda qadın və qızların hüquqlarını müdafiə edən yeniyetmə Malala Yusifzai, Apple şirkətinin icraçı direktoru Tim Kuk, Misir prezidenti Məhəmməd Mursi və İtaliya alimi Fabiola Giannatinin adları olub.
XS
SM
MD
LG