Accessibility links

Səyahət gəmisi "Titanik"in izi ilə Londondan Nyu-Yorka yola düşüb

  • Amerikanın səsi

100 il bundan əvvəl batan əfsanəvi "Titanik" gəmisinin marşrutunu təkrar edən səyahət gəmisi bazar günü Britaniyanın Saufhempton şəhərindən Nyu-Yorka səfərə çıxıb.

"Balmoral" gəmisinin sərnişinlərinin əksəriyyəti 1912-ci ildə aprel ayının 15-i Atlantik okeanının sularında gecə aysberqə dəyəndən sonra batan "Titanik" gəmisində həyatını itirən sərnişinlərin qohumlarıdır.

Xatirə səyahətinə "Titanik" gəmisinin batdığı yerdə dayanacağ da daxildir. Sərnişinlər və ekipaj üzvləri xatirə xidmətində iştirak edəcəklər.

"Balmoral" gəmisinin operatorları gəminin göyərtəsini "Titanik" gəmisindəki göyərtəyə bənzər inşa ediblər.

Bəzi sərnişinlər 1912-ci ilin geyimlərini geyiblər. "Titanik"dəki əhval-ruhiyyəni yaratmaq məqsədilə gəminin salonlarında musiqiçilər ötən eranın musiqi parçalarını ifa edəcək.

Batacağı heç kəsin ağlına gəlməyən "Titanik" gəmisi Atllantik okeanında qəzaya uğrayarkən 1500 insan həyatını itirmişdi. O zamandan bəri "Titanik" faciəsi kitab, film və xalq musiqilərində əks etdirilir. Gəminin qalıqları hələ də okeanın dərinliklərindədir.

XS
SM
MD
LG