Accessibility links

İstanbulda Gezi Parkı nümayişlərinə polis gözyaşardıcı qaz və suvuran maşınlarla müdaxilə edib. Bu, Taksim meydanında polislə nümayişçilər arasında qarşıdurmaya səbəb olub. İnsident zamanı xəsarət alanlar var.

Bəzi nümayişçilər polisə daş və Molotov kokteyli atanların mülki geyimli polislər olduğunu iddia etsə də, təhlükəsizlik rəsmiləri iddianın yalan olduğunu deyib.

Polis müdaxilə zamanı Atatürk Kültür Mərkəzi və Cümhuriyyət abidəsindəki afişaları çıxarıb və barrikadaları dağıdıb. Erkən saatlarda Gezi Parkının mərkəzinədək irəliləyən Çevik Polis Qüvvələri daha sonra geri çəkilib. Yenidən başlayan qarşıdurmalar "Talimhane"də daha da güclənib.

Hazırda davam edən nümayişlər zamanı bir neçə polis maşının yararsız hala salındığı bildirilir.
XS
SM
MD
LG