Accessibility links

Robert Pattinson Kosmopolis filmini reklam etmək üçün Nyu-Yorkdadır, özü də çox xoşbəxt görünür. Kristen Styuvart isə TMZ-yə istinadən əksinə icitmiayyət arasında görünmür, çox da kefsizdir.

Kristen ona xəyanət damğası vurulduğuna görə çox qəzəblənib. O deyir ki, 41 yaşlı evli və iki uşaq atası Rupert baş vermiş hadisədən sonra professional səviyyədə heç bir tənqidlə qarşılaşmır. Onların hər ikisi hadisəyə görə peşman olduqlarını ictimaiyyətə bildirib. Lakin 22 yaşlı Kristi səhvlərinə görə tək özünün günahkar olmasını ədalətsiz hesab edir.

Kristenin Toronto film festivalında ilk dəfə ictimayyət qarşısına çıxmasına az qalır. O, müqaviləyə əsasən filminin premyerasında iştırak etməlidir. Bir neçə həftə bundan əvvəl Robert Pattinsonu sevgi ilə qarşılayan içtimayyətin eyni münasibəti Kristenə də göstərəcəyini gözləmək çətindir.
XS
SM
MD
LG