Accessibility links

Harper Lee-nin çoxdan gözlənilən “Go Set a Watchman” kitabı satışa çıxarılıb


Dünən dünyanın bir çox yerində kitab mağazaları qapılarını Harper Lee-nin “Go Set a Watchman” kitabını almaq üçün səbrsizliklə gözləyən insanlar üçün açıb.

"Watchman" Lee-nin haqqında söz-söhbətlər dolaşan və çoxdan gözlənilən ikinci kitabıdır. Onun ilk kitabı 1960-cı ildə yazdığı “To Kill a Mockingbird” romanıdır.

Go Set a Watchman” kitabının nüsxələri çərşənbə axşamı gecə saat 12-dən bir qədər əvvəl Lee-nin Alabama ştatında yerləşən doğma Monrovil şəhərində, Ol’ Curiosities & Book Shoppe adlı kitab mağazasına satışa qoyulmaq üçün gətirilib.

Finç adlı qəhrəmanın 6 yaşlı qızı Skoutin mövqeyindən nağıl edilmiş “To Kill a Mockingbird” adlı roman zorlamada ittiham edilən günahsız qaradərilini müdafiə edən ağdərili vəkil Attikus Finçdən bəhs edir.

Go Set a Watchman” romanında isə Skout artıq böyüyüb və 20 il sonra Nyu-Yorkdan atasını ziyarət etməyə gəlir. Onun atası Finç bu dəfəki romanda doqmatik təsvir etdirilib. Onun neqativ yaşlı insan baxışları bu dəfə tənqidçilər tərəfindən məyusedici mənfi obraz kimi qiymətləndirilib.

Harper Lee roman və romandakı obrazlar haqda ailəsi və Truman Kapot kimi məşhur yazıçı da daxil olmaqla onunla bir məhəllədə boya-başa çatan qonşularını müşahidə edərək yaradıb.

Süjet 1936-cı ildə onun 10 yaşı olarkən baş vermiş hadisəyə əsaslanır.

İndi .

To Kill a Mockingbird ” romanının və 1962-ci ildə Oskar mükafatına layiq görülən eyni adlı filmin yaradıcısı olan Lee-nin indi 89 yaşı var və son illər o, diqqətdən kənarda qala bilib.

XS
SM
MD
LG