Accessibility links

Şair Tofiq Həsənlinin apellyasiya şikayətinə baxılır [Audio-müsahibə]


Tofiq Həsənli (Foto Tofiq Həsənlinin Facebook səhifəsindən götürülüb)

Tofiq Həsənli (Foto Tofiq Həsənlinin Facebook səhifəsindən götürülüb)

Şair tənqidi şerlərinə görə həbs edildiyini bildirib

Oktyabrın 27-də Şirvan Apellyasiya Məhkəməsinin hakim Ələsgər Novruzovun sədrliyi ilə satirik şair Tofiq Həsənlinin apellyasiya şikayəti üzrə proses başlayıb.

Tofiq Həsənli Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2016-cı il hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

Həsənli iqtidarı və vəzifəli şəxsləri tənqidi şerləri ilə məşhurdur. O 2000-ci illərdə lisenziyası ləğv edilmiş ANS televiziyasının “Qulp” verilişində, “Millətin Səsi” və “Xural” qəzetlərində çıxış etdiyi tənqidi şerləri ilə məşhurlaşıb. Şair 2005-ci ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. 2007-ci ildə Amnistiya Aktı əsasında azadlığa buraxılıb.

Həsənli azadlığa çıxdıqdan sonra tənqidi şerlərini davam etdirib. O sosial şəbəkələrdə şerlərini dərc etdirib və öz səsi ilə youtube şəbəkəsində yayıb.

Həsənli 2015-ci ilin yanvarında “Azadlıq” Radiosuna müsahibəsindəki şeirlərinə görə hədələndiyini, həbs ediləcəyini bildirib.

2015-ci il oktyabrın 12-də Həsənli saxlanılıb.

Vəkil Elçin Sadıqov

Vəkil Elçin Sadıqov

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə müsahibəsində bildirib ki, Şirvan Apellyasiya Məhkəməsi məhkəmə baxışını qismən məhkəmə istintaqı ilə aparır.

Vəkil birinci məhkəmə instansiyası zamanı ittiham tərəfinin belə şahidlərinin hamısnın ifadə vermədiyini bildirib.

“Bu gün şair ona qarşı irəli sürülən narkotik ittihamını qəbul etmədiyini bildiridi. O tənqidi şerlərinə görə həbs edildiyini dedi.

T.Həsənli satıcılıq etdiyi dükanda həbs edilib. O, dükanı bağlamağa hazırlaşarkən yaşadığı ərazidə hamının narkoman kimi tanıdığı şəxs dükana girib, T.Həsənli onu dükandan çıxardıqdan sonra qapını bağlayıb, oradan uzaqlaşarkən polis əməkdaşları onu saxlayaraq geri qaytarıblar. Şair məhkəmədə dedi ki, saxlanılarkən onu butulka ilə zorakılıqla hədələyərək narkotik vasitəni etiraf etməyə məcbur ediblər. Cibinə və dükanına narkotik yerləşdiriblər, sonradan narkotik vasitəni tapılma kimi rəsmiləşdiriblər”, vəkil qeyd edib.

Sadıqovun sözlərinə görə, hal şahidləri əvvəlki işlərdə də şahidlik edib.

“Qanun hal şahidlərinin istintaqla əməkdaşlıq etməsini qadağan edir. Hüseynliyə saxlandıqdan sonra ailəsi və istədiyi vəkillə əlaqə saxlamağa imkan verilməyib. İstintaq zamanı da onun hüquqları kobud şəkildə pozulub”, vəkil bildirib.

Məhkəmə noyabrın 17-də baxışı davam etdirəcək.

XS
SM
MD
LG