Accessibility links

Müsavat liderinin müavinin həbsi iki ay uzadılıb


Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu

Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu

Tofiq Yaqublu yanvarın 23-24-də İsmayıllıda baş vermiş iğtişaşların təşkilində ittiham olunur

Nəsimi Rayon Məhkəməsi Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun həbs müddətini daha 2 ay uzadıb.

O, yanvarın 23-24-də İsmayıllıda baş vermiş iğtişaşların təşkilində ittiham olunur.

Vəkil Nemət Kərimli bildirib ki, məhkəmə həbs müddətinin uzadılmasını “T.Yaqublunun istintaqdan yayınma” ehtimalı ilə əsaslandırıb.

Vəkil bu arqumentlərin əsassız olduğunu bildirib. O deyib ki, T.Yaqublunun barəsində heç bir istintaq hərəkəti aparılmayıb.

T.Yaqublu özü isə ittihamları absurd adlandırıb. Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.

T.Yaqublu “Respublika alternativi” hərəkatının rəhbəri İlqar Məmmədovla birlikdə fevralın 4-də həbs olunublar və onları 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
XS
SM
MD
LG