Accessibility links

“Tofiq Yaqublunun həbsi əsassızdır”


Tofiq Yaqublunun Müdafiə Komitəsinin toplantısı
Tofiq Yaqublunun Müdafiə Komitəsinin toplantısı

Müdafiə Komitəsi müdafiə işini daha da gücləndirəcək. AXCP sədri Əli Kərimli siyasi məhbus siyashısının AŞPA-da müzakirəsini təklif edib

Müsavat Partiyası başqanın müavini Tofiq Yaqublunun Hüquqlarını Müdafiə Komitəsi dəyirmi masa keçirib.

Komitənin sədri Qubad İbadoğlu T.Yaqublunun həbsini əsassız adlandırıb. O həbsi ictimai fəallığın artması fonunda iqtidarın qorxusu kimi dəyərləndirib.

“T.Yaqublunun qanunsuz həbsi ilə bağlı şikayət mayın 6-da Avropa Məhkəməsinə göndərilib.

Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli müdafiə işinin daha da gücləndirilməsini vacib sayıb.

Onun fikrincə, belə siyasi həbslərə son qoymağın yolu müxalif qüvvələrin geniş formatda birliyinin yaradılması və xalq kütlələrini hərəkətə gətirməsindən keçir.

“Ölkədə siyasi həbslərin qarşısını almaq üçün AŞPA-nın Azərbaycanda siyasi məhbus məsələsi üzrə məruzəçisi Kristofer Ştrasserin siyasi məhbus siyahısı yenidən AŞPA-nın müzakirəsinə çıxarılmalıdır”, o qeyd edib.

Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu demokratik qüvvələrin dindarların müdafiəsinə tam ciddi yanaşmadığını deyib.

“Bu mövqe aradan qaldırılmalıdır”.

Müsavat Partiyası başqanı İsa Qəmbər müdafiə məsələsində həm uğurların, həm də çatışmazlıqların olduğunu deyib. Xalqın artan ictimai-siyasi fəallığını iqtidarın həbslər yolu ilə yatırmaq istəməsini səhv addım adlandırılıb.

“Hakimiyyət “ağlını başına yığıb” siyasi məhbusları azad etməlidir”.

T.Yaqublu yanvarın 26-da İsmayıllıda baş vermiş hadisələrlə bağlı fevralın 4-də həbsə alınıb.


İranda həbs edilmiş Azərbaycan vətəndaşları barədə son xəbərlər

İran Azərbaycanın notasına cavab verib. Təbrizli fəallat girov müqabilində həbsdən azad edilib

Aprelin 30-da Təbrizdə azərbaycanlı ədib Xalidə Xalid ilə birlikdə həbs edilən yerli azərbaycanlı fəallar - İsa Qaraxanlı, Əmir Hadiyan və Fərhadi əmlak girovu müqabilində həbsdən azad edilib.

Oyannews saytının məlumatına görə, İrana qarşı təbliğatda ittiham olunan yuxarıda adları sadalanan şəxslər mayın 6-da azadlığa buraxılıb. Fərhadi İran Qızıl Aypara Cəmiyyətinin Təbrizdəki aptekinin müdiridir. Hadiyan Təbriz Azad Universitetinin tələbəsidir.

İran Xarici İşlər Nazirliyinin rəsmisi Ramin Mehmanpərəst bildirib ki, X.Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAAT-ın nəzarətində saxlanılır, onların işi araşdırılır.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri “qanundankənar və qeyri-adi hərəkətlər” törədən xarici vətəndaşları izləyir, onlara qarşı tədbirlər görür.

İran mayın 7-də Azərbaycanın notasına cavab verib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib ki, İran Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynovun “qanunsuz fəaliyyətə cəhdlə əlaqədar” həbs olunduğunu bildirib. Cavabda qanunsuz fəaliyyət olaraq nələrin nəzərdə tutulduğu qeyd olunmayıb.

Mətbuat katibi Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun həbs edilmiş vətəndaşlara hüquqi yardım göstəriləcəyini söyləyib.

Azərbaycan vətəndaşının həbsi ilə bağlı İrana mayın 1-də və 6-da nota verib. Azərbaycan tərəfi saxlanılan şəxslərlə görüş istəyir.

Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da Təbrizdə həbs edilib.

Azərbaycan vətəndaşlarının həbsi Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İrana səfərindən bir gün sonraya təsadüf edir.

2012-ci ildə Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun İrana səfərindən sonra da analoji həbs baş vermişdi. O zaman İran Azərbaycan vətəndaşı olan iki şairi Təbrizdə həbs etmişdi.

Öz növbəsində rəsmi şəxslər ölkədə siyasi məhbusların olmadığını bildirir.

"Azərbaycan hüquqi dövlətdir. Hər bir vətəndaş siyasi tərəfliliyindən, mövqeyindən asılı olmayaraq qanun qarşısında bərabərdir", deyə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov siyasi məhbus məsələsi ilə bağlı sualın cavabında qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG