Accessibility links

Toğrul İsmayıl: Türkiyə-Rusiya- Azərbaycan üçlüyü formatı bölgədə müsbət inkişaflara yol aça bilər


Toğrul İsmayılla müsahibə
please wait

No media source currently available

0:00 0:05:34 0:00

Türkiyə və Rusiya prezidentləri Sankt Peterburq görüşü zamanı iki ölkə arasında münasibətlərin noyabr ayında insidentə qədər mövcud səviyyədə bərpa ediləcəyini elan edib. Türkiyə-Rusiya yaxınlaşması regionda mürəkkəb geo-siyasi şəraitdə baş verir. Ankara İqtisad və Texnologiya universitetinin professoru, politoloq Toğrul İsmayıl Amerikanın Səsinin “Amerika icmal” proqramında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında görüşün regional təsirləri haqda danışıb.

Toğrul İsmayıl noyabr ayında Türkiyənin Rusiya təyyarəsini vurmasının ardınca iki ölkə arasında böhranlı vəziyyət yaranmasından sonra Sank Peterburq görüşünün bölgədə gərginliyin azaldılması baxımından əhəmiyyətini qeyd edib. “Bu səfər çox vacib idi. Noyabr ayından bu yana iki ölkə arasında ciddi bir böhran yaşanırdı və bu böhran bölgədəki gərginliyi artırmaqda idi. İstər Qara dəniz bölgəsi olsun, istər Qafqaz, istər Mərkəzi Asiya, ən önəmlisi isə Yaxın Şərq məsələsində, xüsusilə də Suriya məsələsində gərgin bir vəziyyət var idi. Belə bir şəraitdə iki ölkənin təkrar münasibətləri bərpa etməsi, yeni bir səviyyəyə çatdırmağa çalışması olduqca vacib idi və bu səbəbdən bu görüş xüsusi əhəmiyyət kəsb edir.”

Ekspertlərin böyük hissəsi Türkiyə və Rusiya arasında yaxınlaşmanın ilk növbədə iqtisadi münasibətlərdə özünü göstərəcəyini qeyd edir. Prezidentlər Putin və Ərdoğan Türk Axını adı ilə tanınan layihəni yenidən canlandırmaq niyyətlərini bəyan ediblər. Toğrul İsmayıl bunun regionun enerji layihələrinin inkişaf etdirlməsinə təsirlərini şərh edib. “Təbii ki Türkiyə və Rusiya arasında ciddi enerji layihələri var. Bunlardan biri də Rusiyanın daha əvvəl Cənub Axını və yaxud indi Türk Axını adlandırılan layihəsidir. Bunu unutmamaq lazımdır ki, bu layihə Rusiya üçün geo-siyasi xarakter daşıyır, əsas etibarilə də Avropaya və oradan da cənubi Afropa ölkələrinə enerjinin alternativ yollarla daşınması baxımından. Amma Türkiyə üçün bu, sadəcə enerji layihəsidir. Türkiyə bu məsələdə öz enerji maraqlarını, milli mənfəətlərini nəzərə alır. Bu səbəblə Türkiyə tərəfdən baxdığımızda bunu daha çox bir ölkə miqyaslı, Türkiyənin enerji təminatı, enerji təhlükəsizliyinin əsas problemləri olaraq, məsələləri olaraq görmək lazımdır. O ki qaldı Türk Axınının Avropaya nəqli məsələsinə, burada əsas məsələ Avropa dövlətlərinin, Avropa Birliyinin bu layihədən sonrakı mərhələdəki yanaşmasıdır, yəni bu layihədən əlavə olaraq nə qədər təbii qaz almaq istəyirlər. Amma unutmamaq lazımdır ki, bölgəmizdəki bütün enerji layihələri son illərdə əsas etibarilə iqtisadi və yaxud enerji təhlükəsizliyindən daha çox geo-siyasi xarakter daşımaqdadır. Mənə elə gəlir ki, Türk Axınını da bu çərçivədən dəyərləndirmək lazımdır."

Prezident Ərdoğan Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatın yaradıla biləcəyini qeyd edib. Toğrul İsmayıl iki ölkə arasında münasibələrin yaxşılaşmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə mümkün təsirlərini qeyd edib. “Mənə elə gəlir ki, Türkiyə-Rusiya- Azərbaycan üçlüyü formatını Azərbaycanın təhlükəsizliyi məsələsi ilə, xüsusilə də qarşıda duran Qarabağ məsələsinin həllində ciddi bir müsbət addım olaraq dəyərləndirə bilərik. Həm Türkiyənin, həm Rusiyanın bölgədə maraqları var və bu maraqların təmin edilməsi, ya da toqquşmaması üçün , belə bir yanaşmaya ehtiyac var. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına gəlincə, Türkiyə sürəkli olaraq Qarabağ məsələsində Azərbaycanın mövqelərinə önəm verərək hərəkət etməyə çalışır. Rusiyanın görüşü bir az fərqlidir. Amma Türkiyə və Azərbaycan və Rusiya üçü bir araya gəldiyi zaman mənə elə gəlir ki, bu, Qarabağ münaqişəsinin həllində müsbət məsələyə səbəb olacaq. Və sadəcə Qarabağ məsələsi deyil. Ermənistan və Türkiyə arasındakı münasibətlərin də bu çərçivədən həllinə, xüsusilə də sərhəd qapılarının açılması məsələsində də əgər Ermənistan Qarabağ məsələsində xüsusilə danışıqlar çərçivəsində beş rayonun qaytarılması gündəmə gələrsə, Türkiyə tərəfi də Ermənistanla sərhəd qaplarının açılmasına müsbət baxacaqdır. Buna da Azərbaycan tərəfi etiraz etməməlidir.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG