Accessibility links

Tokionun iqtisadi stimullaşdırma ölçülərini gözlənilmədən artırmasının nəticəsi olaraq, Yaponyada aksiyalarının dəyəri yeddi ildə ən yüksək səviyyəyə qalxıb. Bu artım ötən həftədən bəri davam etməkdədir.

Nikkei indeks göstəricisi 2.7 faiz artaraq 16 min səkkiz yüz 62- yə çatıb.

Nikkei indeks göstəriciləri cümə günü aksiya birjasında 18 ayda ən yüksək səviyyəyə qalxaraq, 4.8 faiz artım əldə etmişdi.

Bu sıçrayışa Tokionun deflyasiyanın qarşısını almaq məqsədi ilə gözlənilmədən pul həcmini artırması səbəb olub.

Mərkəzi bank aksiyaların alınması üçün əlavə 182 milyard dollar ayıraraq, ümümi həcmin 725 milyarda çatdırılması haqda qərar verib.

Aprel ayında hökumətin dövlət borcunu qarşılamaq üçün istehlak vergisini artırmasından sonra Yaponiya iqtisadiyyatı çətinliklərlə qarşılaşıb

XS
SM
MD
LG