Accessibility links

Tokioda qızıl yolka ağacı nümayiş etdirilir


Japan Christmas Tree

Japan Christmas Tree

İki metr yarım hündürlündə olan ağac Uolt Disney cizgi fimlərinin qəhrəmanlarının oyuncaq fiqurları ilə bəzədilib

Milad bayram alış-veriş mövsümü yaxınlaşan bir vaxt yaponiyalı zərgər xalis qızıldan hazırladığı 4.3 milyon dollar dəyəri olan yolka ağacını nümayiş etidirb.

Qızıl ağac Tokioda fəaliyyət göstərən Ginza Tanaka Zərgərlik mağazasının 120-ci ildönümü münasibətilə hazırlanıb.

2.4 metr hündürlükdə olan qızıl ağac Uolt Disney cizgi filmlərinin qəhrəmanlarının oyuncaq fiqurları ilə bəzədilib. 110-cu ildönümünü qeyd edən Uolt Disney isə mağaza ilə əməkdaşlıq etməyə razılıq verib.

10 zərgərdən ibarət qrup Miki Maus, Qufi və Vinni Puh da daxil olan 50 cizgi film qəhramanlarının fiqurlarının yaradılması üçün iki ay vaxt sərf edib.

Zərgər qızıl yolka ağacının insanlara qəm və kədərdən, eləcə də dünya problemlərindən uzaq olmağa kömək edəcəyinə ümüd bəslədiyini deyib.

Qızıl yolka ağacı Tokioda Ginza Tanaka mağazasında dekabr ayının 25-dək nümayiş etdiriləcək.
XS
SM
MD
LG