Accessibility links

Tokioda minlərlə insan gecəni dəmiryol stansiyalarında keçirir


Tokioda minlərlə insan gecəni dəmiryol stansiyalarında keçirir

Tokioda minlərlə insan gecəni dəmiryol stansiyalarında keçirir

Şəhər icra hakimiyyəti qalmağa yer tapmayanların sığınması üçün məktəb və digər ictimai binaları təklif edib

Yaponiyada qeydə alınan yüzilin ən dəhşətli zəlzələsindən sonra paytaxt Tokioda minlərlə insan gecəni dəmiryol stansiyalarında keçirir. Tokionun metro nəqliyyatı gün ərzində 8 milyon sərnişin daşıyır, ancaq 8.9 bal gücündə yeraltı təkandan sonra sistemin fəaliyyəti dayanıb və çoxsaylı sərnişinin evlərinə getməsi qeyri-mümkün olub. Tokioda bütün mehmanxanalar doludur. Şəhər icra hakimiyyəti qalmağa yer tapmayanların sığınması üçün məktəb və digər ictimai binaları təklif edib. Tokionun mobil telefon sistemi də yüklənib. Belə ki, küçələrdə qalan insanlar əlaqə yarada bilmədikləri ailə üzvlərindən narahatdır.

XS
SM
MD
LG