Accessibility links

Yaponiya "Tokİo-2020" oyunlarına hazırlıqlara başlayıb VİDEO


Tokio-2020
please wait
Embed

No media source currently available

0:00 0:03:33 0:00

Tokio-2020

Yaponiya artıq Tokioda 2020-ci ildə keçiriləcək Olimpiada Oyunlarına hazırlıqlara başlayıb.

Məktəblilərin illik idman müsabiqəsi Tokiodakı Milli Stadionda keçirilir. Bu, belə müsabiqədə ilk dəfə iştirak edən yeniyetmələr üçün yeni stimul, 2020-ci ildə keçiriləcək Olimpiya Oyunları zamanı şəhərlərinə gələcək qələbə ola bilər.

Saiki Mousi adlı bu şagird buraya gəlməyi çox arzuladığını deyir. “Mən doğrudan da buranı görmək istəyirdim. Burada dünyanın ən məşhur idmançıları toplaşacaq.”

Bu stadion Olimpiya Oyunlarına hələ 1964-cü ildə, müharibədən sonra Yaponiya iqtisadiyyatının dirçəlməyə başladığı vaxt ev sahibliyi etmişdi.

“Tokio-2020” oyunlarınının baş direktoru Masato Mizuno deyir ki, paytaxtın bu müsabiqəni qazanmasında Yaponiya iqtisadiyyatının böyük rolu olub. “Oyunlara ev sahibliyi edəcək Tokionun hazırlıq işləri üçün 4.5 milyard ABŞ dolları artıq bankdadır və tikinti işlərinə başlaya bilərik.”

Rəy sorğuları Yaponiya əhalisinin 92 faizinin “Tokio-2020”-ni dəstəklədiyini göstərir. Vətənpərvərlik hissləri ilə yanaşı bəzi şübhələr da qalır.

Cu İvasaki taksi sürücüsüdür. “Gənclər üçün Olimpiya oyunları ümid və arzu deməkdir ki, bu da yaxşı haldır. Mən əvvəlcə buna qarşı idim. Biz inşa işləri səbəbindən buradakı yaşıllığı itirəcəyik və buna milyardlarla pul xərclənəcək.”

Oyunlara xərclənəcək böyük miqdarda məqləğ fəalların narahatlığına səbəb olub və onlar Olimpiya oyunlarına qarşı “Hanqorin” adlı qrup yaradıblar. Tetsuo Oqava və onun iş yoldaşı Sakura qrupun üzvləridir. “Hər bir ölkədə keçirilən Olimpiya oyunları üçün yenidənqurma işləri aparılır ki, bu da yalnız cüzi sayda insanın xeyrinə olur” - deyə, Tetsio Oqava bildirir.

Sakura: “Zəlzələdən və sunamidən 2 il keşməsinə baxmayaraq, insanlar hələ də müvəqqəti sığınacaqlarda yaşayır. Hökumət pulu onlara xərcləməkdənsə, Tokio Oyunlarına xərcləməyə hazırlaşır.”

Lakin Tokio-2020-nin baş direktoru Masato Mizuno oyunlardan əldə edilən gəlirin sunamidən zərər çəkənlər də daxil edilməklə, bütün Yaponiyaya xeyri olacağını deyir.
“Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları iqtisadiyyata müsbət təsir edəcək. Deyə bilərən ki, bu, ölkəyə birbaşa 30 milyard ABŞ dolları məbləğində pul gətirəcək və 150 min iş yeri açılacaq.”

Mizuno israr edir ki, Fukuşima hadisəsi oyunlara kölgə salmayacaq. “Hökumət bu problem həll edəcəyinə söz verib. Biz baş nazirin vədinə inanırıq. Bundan əlavə isə, yoxlamalar Tokioda radiasiya səviyyəsinin aşağı olduğunu göstərir.”

Tokiolular ümid edirlər ki, 2020-ci ildə açılış mərasimi zamanı stadion işıqlandıranda Fukuşima böhranı artıq uzaq xatirə olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG