Accessibility links

Tokio Elektrik Şəbəkəsi 120 000 litr suyun radiasiyadan çirkləndiyini deyib

Tokio Elektrik Şəbəkəsi (TEPKO) Fukuşima Daiiçi elektrik stansiyasının şaxtalarının birindən radioaktiv sızma ehtimalı olduğunu deyib.

Tokioda keçirilən fövqaladə mətbuat konferansında şirkətin sözçüsü Masayuki Ono deyib ki, ehtimal olunan sızma hovuz deposunda tapılıb. Bu hovuz çirklənmiş suyu başqa şaxtadan digərinə köçürülməsində istifadə olunur.

Reuters xəbər agentliyinin xəbərinə görə, TEPCO prezidenti Noami Hirose Yaponiyanın ticarət nazirindən baş verən qəzalara görə üzr istəyib.

TEPCO 120 000 litr suyun iki böyük şaxtadan sızan radiasiyadan çirkləndiyini deyib.

Soyutma sistemi son üç həftədə iki dəfə sıradan çıxıb.

Stansiya 2011-ci il mart ayında zəlzələ nəticəsində zədə almışdı.
XS
SM
MD
LG