Accessibility links

Məşhurlar: Keti Holmsdan yoldaşı Tom Kruza Yubiley hədiyyəsi


Məşhurlar: Tom Kruz və Keti Holms
please wait

No media source currently available

0:00 0:02:58 0:00

Tom Kruz və Keti Holmsun ayrılması böyük dramaya gətirib çıxara bilər. İki Hollivud ulduzunun təkcə imici deyil, 6 yaşlı qızları Surinin gələcəyi də qeyri-müəyyən olaraq qalır.

Deyilənə görə, xanım Holmsun Nyu-York ştatında boşanmaya ərizə verməsi qızları Suriyə tək himayədarlıq etmək istməsinə işarə ola bilər. Nəticədə boşanma prosesində ən çox itirən Kruz ola bilər. “Boşanma prosesinin onun imicinə mənfi təsir göstərəcəyinə söz ola bilməz”-deyə bu yaxınlarda dərc olunacaq `Sizi Yenidən Kəşf Etmək: Markanızı Müəyyən Edin, Gələcəyinizi Təsəvvür Edin` adlı kitabın müəllifi, Dori Klark bildirib.

Dori Klark deyir ki, onun imici beş il əvvəl Holmsla görüşməyə başlayanda artıq ləkələnmişdi. Onun Saentologiya dininə itaət etdiyi haqda video material ictimayyətə sızdıqdan sonra isə boşanma haqda xəbər onun şəxsi həyatı və dini mənsubiyyəti barədə sualların yaranmasına gətirib çıxarmışdır. Bütün bunlar box-office ulduzunun əleyhinə olan faktlardır.

Kaliforniyada boşanma məsələləri üzrə vəkil Maykl Kelli Holmsun şərq sahilində, Nyu-Yorkda boşanma haqda ərizə verməsinin taktiki addım olduğunu və onun mənfəət əldə etmək məqsədi daşıdığını deyir.

Kruz-Holms işi ilə məşğul olmayan vəkilin sözlərinə görə Nyu-Yorkun fərqli boşanma qanunları Holms üçün ola bilsin daha sərfəlidir. Evli cüt Los-Anjelesdə yaşayırdı.



Kruzla Holms 2006-cı ildə, fırtınalı münasibətlərindən sonra evləniblər. O, Ketiyə evlənmək təklifini Eyfell qülləsində edib. Onların toyu 15-ci əsrdə tikilmiş İtaliya qəsrində olmuşdur.

33 yaşlı aktrisa Keti Holms ötən cümə axşamı boşanma haqda ərizə verməklə ilk evliliyinə son qoyur. Amma Kruz üçün bu, üçüncü boşanmadır. Bundan əvvəl o, aktrisa Mimi Roqers və Nikol Kidmanla evli olmuşdu. Aktyorun əvvəlki evliliyindən iki uşağı var.

Dori Klark boşanmanın əslində Keti Holmsun imicinə müsbət təsir göstərəcəyini deyir. Onun sözlərinə görə, indi daha çox adam onu tanımağa başlayacaq. Bu isə insanlarda ona simpatiya və maraq yaradacaq.
İyul ayının 3-ü 50 yaşı tamam olacaq Tom Kruz Hollivudun super ulduzu olaraq qalır. Tom Kruz ekranda dinamik xarakterə malik qəhrəman obrazları yaradıb. Lakin “Qeyri-mümkün Missiya” filminin ulduzu və tamaşaçılar tərəfindən sevilən qəhrəmanın necə həyat yoldaşı və ata olması ictimayyətdə ciddi suallar doğura bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG