Accessibility links

Məşhurlar: Tom Kruzun həyat və yaradıcılığı


Alman, ingilis və irland əsilli Tom Kruz bacıları Li En, Marian və Kassla kasıb katolik ailəsində boya-başa çatıb. Onun sözlərinə görə o, daim atası tərəfindən təhqirə məruz qalıb.

16 yaşında ikən müəllimi Tom Kruzu məktəbdə səhnələşdirilmiş “Oğlanlar və Kuklalar” adlı musiqili tamaşada iştirak etməyə həvəsləndirir. Tamaşada yaratdığı Natan Detroid rolunu ifa edən Kruz taleyini birdəfəlik aktyorluq sənətinə bağlayacağını anlayır.

Aktyorluq sənətində yüksəlmək üçün o özünə 10 il müddət vaxt verir. Kruz məktəbi atır və Nyu-Yorkda çəkilişlərdə iştirak etmək üçün özünü sınamağa başlayır. Bu cəhdlər 1981-ci ildə onun “Sonsuz Məhəbbət” filmində çəkildiyi vaxtadək davam edir. 1983-cü ildə “Riskli Biznes” filmi isə Kruzu geniş tamaşaçı auditoriyasına tanış edir.


Bundan sonra aktyor “Üstün Silah”, “Pulun Rəngi”, “Kokteyl”, “Yağış Adamı”, “İyulun 4-ü Anadan Olanlar”, “Ceri Maquir”, “Missiya: Qeyri-mümkündür” və digər filmlərdə iştirak edir.

1987-ci ildə Kruz aktrisa Mimi Rocerlə ailə həyatı qurur. Bio.True Story veb səhifəsinə istinadən məhz Mimi Rocerin vasitəçiliyilə Tom sayentalogiya təriqətilə maraqlanmağa başlayır. 1990-cı ildə o, Mimi Rocerdən boşanır.

Tom Kruz və Keyti Holms
Tom Kruz və Keyti Holms


Elə həmin il Milad bayramı ərəfəsində Tom Kruz Nikol Kidmanla evlənir.

11 il evlilikdən sonra karyeralarını səbəb gətirərək onlar 2001-ci ildə fevral ayında boşanmaq haqda ərizə verirlər.

2005-ci ildə aktyorun şəxsi həyatında uğursuzluqlar onun karyerasına da kölgə salmağa başlayır. Penelopa Kruzla münasibətlərini dayandırdıqdan sonra aktyor aktyor publisisti Pat Kinqsleyi saintologiya ilə fəal maraqlanan bacısı Li En ilə əvəz edir.

2009-cu ildə Tom Kruz özündən 16 yaş kiçik aktrisa Keyti Holmsla ailə həyatı qurur. 2012-ci ilin iyul ayında isə 50 yaşlı aktyor üçüncü dəfə boşanır.

Onlar qızları Suriyə bərabər himayədarlıq edəcəklərinə dair razılığa gəlib.
XS
SM
MD
LG