Accessibility links

Tom Deley çirkli pulların yuyulmasında günahkar tanınıb

  • Amerikanın səsi

Tom Deley çirkli pulların yuyulmasında günahkar tanınıb

Tom Deley çirkli pulların yuyulmasında günahkar tanınıb

ABŞ-ın Nümayəndələr Palatasının sabiq lideri Tom Deley çirkli pulların yuyulmasında günahkar tanınıb. Texas ştatının məhkəmə heyəti çirkli pulların yuyulması və konspirasiya ittihamı ilə bağlı hökm çıxarmazdan əvvəl 19 saat müzakirələr keçirib. ABŞ-ın Nümayəndələr Palatasının sabiq lideri hökmü vəzifədən sui-istifadə və ədalətin pozulması kimi qiymətləndirib. Tom Deleyin vəkili apellyasiya məhkəməsinə müraciət ediləcəyini bildirib. Deley 2002-ci ildə Texasın qanunvericilik orqanına bir necə respublikaçı namizədi korporasiya pulları ilə təmin etməkdə günahlandırılır.

XS
SM
MD
LG