Accessibility links

Aktyor Tom Henks Hanx Writer adlı iPad aplikasiyasını istifadəyə çıxarıb


Hər kəs tərəfindən sevilən Oskar qalibi, aktyor Tom Henks texnika dünyasına baş vurub və Hanx Writer adlı iPad aplikasiyasını istifadəyə çıxarıb.

Hanx Writer aplikasiyası köhnə çap maşınının istifadəsini və səsini müasir üsulda simulyasiya edir. O, USA Today qəzetinə aplikasiyanı alan bəzi adamların fərqli səs axtarışında olduğundan bu aplikasiyaya müraciət etmiş olduqlarını düşünür. Amma bu aplikasiya əslində köhnə üsulda çap etməni simulyasiya edir.

O, bu aplikasiya üzərində dizayn qrupu ilə birgə çalışıb. Və onlara aplikasiyanın görünüşünün mükəmməl etmələrini xahiş edib. Ona görə də çap maşınının şriftləri səsli və qalın dizyanlıdır. Əsl köhnə çap maşını təəssüratı bağışlayır.

Aplikasiya əslində pulsuzdur. Amma 3 dollar ödəməklə digər iki klavyaturaları da ala bilərsən. Beş dollara isə bütün proqrama tam şəkildə çıxış əldə etmək mümkündür. Beləliklə yazıçılar bu imkanlardan istifadə edə bilər.

XS
SM
MD
LG