Accessibility links

İnsan hüquqları məsələləri üzrə yüksək səviyyəli ABŞ diplomatı Rusiyanın informasiyanı öz vətəndaşlarından gizlətməsi halları ilə bağlı dərin narahatlığını ifadə edib.

ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Tom Malinovski bazar ertəsi “Amerikanın Səsi”nin Rus xidmətinə verdiyi müsahibəsində Rusiya xalqının yalnız birtərəfli məlumat alması, o cümlədən, əksər məlumatların insanlara çatdırılmamasının ciddi narahatlığa səbəb olduğunu bildirib.

“Bu halların faciəvi tərəfi ondan ibarət ki, gizlədilən məlumatlar arasında Rusiya əsgərlərinin Ukraynada həlak olması kimi faktlar da var”, deyən cənab Malinovskinin sözlərinə görə, bu cür sadə, lakin vacib məsələlər hökümət tərəfindən gizlədiləndə insanların digər ölkəyə getmiş yaxınlarının həlak olduqlarından və harada basdırıldıqlarından belə xəbəri olmur. Bu isə çox faciəvi bir vəziyyətdir.

“Bu halların faciəvi tərəfi ondan ibarət ki, gizlədilən məlumatlar arasında Rusiya əsgərlərinin Ukraynada həlak olması kimi faktlar da var.”-Tom Malinovski

Rəsmi Kremlin ölkədəki insan hüquqları fəalları, jurnalistlər və müxalifət liderlərinin səsləndirdiyi fərqli fikrləri boğmaq cəhdlərini şərh edərkən cənab Molinovski xatırladıb ki, Rusiyada alternativ fikri susduranların cəzalandırılmaması halları uzun zamandır mövcuddur.

Fərli düşünənlərin susdurulması

Cənab Malinovski əlavə edib ki, hətta mükəmməl məhkəmə sisteminə sahib olan ən proqressiv ölkələrdə belə hər cinayətin üstü açılmır: “Lakin Rusiyada insan hüquqları fəalları, siyasi müxalifət nümayəndələri, jurnalistlərə qarşı cinayətlər, son illərdəki qətl hadisələrinin heç birinin üstü açılmayıb. Baş vermiş bütün hadisələrdə ölkə rəhbərliyinin ədalətin bərpası ilə bağlı götürdüyü öhdəlik nəticəsində ilkin araşdırma keçirilsə də, nəticədə ya heç nə baş vermir, ya da cinayətin aşağı səviyyəli icraçıları cəzalandırılır. Əlbəttə ki, biz hamımız gözəl bilirik ki, bu muzdlu içraçılardır, cinayətlərin müəllifləri isə heç bir zaman ədalət qarşısında cavab verməyiblər.”

“Lakin Rusiyada insan hüquqları fəalları, siyasi müxalifət nümayəndələri, jurnalistlərə qarşı cinayətlər, son illərdəki qətl hadisələrinin heç birinin üstü açılmayıb."-Tom Malinovski

Rusiyada təsirli hüquq-mühafizə və məhkəmə sisteminin olduğunu bildirən dövlət katibinin köməkçisi əlavə edbi ki, ölkə rəhbərliyi cinayətkarların tapılması və məsuliyyətə cəlb edilməsini istəyəndə buna problemsiz nail ola bilir: “Aydındır ki, Rusiya höküməti bu cinayətlərin cəzasız qalması seçimini edib.”

Cənab Malinovski bu yaxınlarda Rusiya parlamentinin yuxarı palatasının yeni qanunvericiliyə əsasən 12 xarici qeyri-hökümət təşkilatının arzuolunan olub-olmadığını müəyyən etmək üçün istintaqa cəlb edilməsi ilə bağlı çağırışları da tənqid edib. Bu qeyri-hökümət təşkilatları Rusiya qanunvericilərinin fikrincə anti-Rusiya və qeyri-obyektiv mövqeləri ilə seçilən xarici və beynəlxalq təşkilatların yer aldığı “stop-list” siyahısındadır.

"İşgəncə əleyhinə komitənin fəaliyyətindən yalnız işgəncəni həyata keçirən hökümətlər qorxa bilər. Bu səbəbdən Rusiyanın mövqeyi çox acınacaqlıdır.”-Tom Malinovski

Bu mövqeyi hökümətdə özünə inamın aşağı səviyyədə olması, qorxu hissi keçirməsi və zəifliyinə işarə hesab edən cənab Malinovski sual edib: “Tarixi faktları araşdıran və seçki monitorinqi keçirən təşkilatların nəyi qorxuludur ki? İşgəncəyə qarşı komitənin nəyi qorxuludur ki? İşgəncə əleyhinə komitənin fəaliyyətindən yalnız işgəncəni həyata keçirən hökümətlər qorxa bilər. Bu səbəbdən Rusiyanın mövqeyi çox acınacaqlıdır.”

İslam Dövləti qrupu

Terrorizm mövzusuna toxunan cənab Malinovski Rusiyada insan hüquqlarının pozulması faktları ilə İslam Dövlət qrupunun Şimali Qafqaz ərazisində güclənməsi arasında əlaqənin olduğunu bilidirib. Xatırladak ki, İslam Dövləti qrupu həmin ərazidə vilayətlərinin yaradılması haqqında xəbəri keçən ay yayıb. Dövlət katibinin köməkçisinin sözlərinə görə, dünyanın istənilən yerində terroçu qrupların kök saldığı ərazilərdə yerli əhali arasında hökümətdən narazılıq hissi müşahidə edilir.

Misal olaraq cənab Malinovski bildirib ki, İraqda “İslam Dövləti”nin yaranmasının səbəbi sünni müsəlmanların siyasi və sosial problemlərinin rəsmi Bağdad tərəfindən ünvanlanmaması olub: “Eyni hadisə Suriyada baş verib. Vətəndaş müharibəsinin səbəb olduğu vəhşiliklər və yerli əhalinin əlacsızlıq hissi problemlərin dinc yolla həlli ilə bağlı ümidləri puç etmişdi. Bunun nəticəsində İslam Dövləti və Əl-Qaidə kimi terrorçu qruplar daha cəlbedici görünməyə başlamışdı. Bu cür ədalətsizliklər Nigeriya, Somali, Keniya və dünyanın digər ölkələrində də baş verir. Çeçenistan və Şimali Qafqaz regionu da istisna deyil. İnsanların siyasi, iqtisadi və sosial məsələlərlə bağlı şikayətləri eşidilmir.”

XS
SM
MD
LG